Lina Hidi
Aktrisa
Lina Hidi 3 oktyabr 1973-cü ildə Hamiltonda (Böyük Britaniya) anadan olub. 5 yaşınadək atasının işi ilə əlaqədar Bermud adalarında yaşayıblar. Hidi aktrisa olmamışdan əvvəl heç vaxt kino və teatrla maraqlanmayıb, hətta dram dərnəklərinə də getməyib. Onun arzusu saç ustası olmaq idi. 17 yaşında Stefen Cillenholun “Suyun içində” filminin çəkilişində iştirak edir. Bu film debütü olmaqla bərabər, aktrisaya məşhurlaşmaqda təkan olur. Çəkilişlərin təbii alınması üçün Lina at minməyi öyrənib və boksla da məşğul olub. Çəkilişləri müxtəlif ölkələrdə baş tutub. “Cəngəllik kitabı” filminə çəkilərkən Hindistanda, “Onegin” filminin çəkilişlərində Sankt - Peterburqda, “Aberdin” filmində Kayza rolunu oynamaq üçün Norveçdə olub. Lina həmçinin Rumıniya və Meksikada da çəkilib. “Qrimm qardaşları” filminə çəkilmək üçün dörd ay Praqada qalıb. 2006-cı ildə “Atıcı” döyüş filminə çəilmək üçün Hidi bir müddət Kanadada yaşayıb. Bundan sonra “Qırmızı baron” filminə çəkilmək üçün Almaniyaya gedib. 1994 cü ildə “Cəngəllik kitabı" filminin çəkilişləri zamanı aktyor Ceyson Fleminqlə tanış olur və 9 il münasibətlərini davam etdirirlər. Daha sonra 2004-2006 illər ərzində Cerom Flinnlə görüşüb. 2007-2013-cü illərdə isə musiqiçi Piter Loqrenlə evli olub.