Devis Quggenhaym

Devis Quggenhaym

Rejissor, ssenarist, prodüser, operator, aktyor

BİOQRAFİYA

Filipp Devis Quggenhaym (Tam adı Filip Devis Quggenhaymdır) - 1963-cü ildə Missuri ştatının Sent-Luis şəhərində anadan olub. 1986-cı ildə Braun Universitetindən məzun olub. ABŞ aktrisası Elizabet Şue ilə evlidir. Yaratdığı filmlər və seriallar arasında ən tanınmışları "Məşq günü", "Qalxan", "NYPD Göy", "ER", "5-in şənliyi", “24 saat”, "Cəsus qadın”, “Təcili yardım”, "Didvuud"dur. Həmçinin "İlk il" və "Öyrət", “Keçmişdə qalan yol” adlı sənədli filmlərinə rejissorluq edib. Ən yaxşı sənədli filmə görə onun "Əlverişsiz həqiqət" adlı sənədli filmi "Oskar" mükafatına layiq görülüb. Ən son filmi "Qrasiya"dır. Quggenhaym Barak Obamanın həyatından bəhs edən Demokratik Konqresinin Milli qurultayı ərəfəsində 2008-ci ilin avqustunda televiziyada yayımlanan sənədli filmin rejissoru olub. 2009-cu ildə "Melrouz yeri" serialının prodüseri olub. İlk dəfə 2008-ci ildə Sandans Festivalında göstərilən və 2009-cu ildə ticari efirə verilən "Hazırlaşın, səs küy olacaq" sənədli filmində Cimmi Peyc, Edge, Cek Uayt kimi gitaristlər çəkilmişdilər. Bu sənədli film 2010-cu ildə "Gurultu ustaları" adı ilə İstanbul Beynəlxalq Film Festivalında da nümayiş olunub. Quggenhaymın 2010 Sandans Festivalında "Supermen üçün gözləmək" filmi ən yaxşı sənədli film seçilib. Film ABŞ təhsilinin nöqsanlarından bəhs edir. Quggenhaym yeganə rejissordur ki, onun üç sənədli filmi (“Narahat həqiqət”, “Hazırlaşın, səs-küy olacaq”, Supermen gözləyərkən” ən yüksək xərci olan 100 ən yaxşı sənədli film siyahısına düşüb. Filip Devis Quggenhaym aktrisa Elizabet Şu ilə evlidir. Cütlüyün Maylz Uilyam, Stella Strit, Aqnes Çarlz Quggenhaym adlı üç övladı var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Devis_Quggenhaym

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç