Camal Malik – xarabalığı xatırladan yoxsullar məhəlləsində yaşayan və ali təhsili olmayan 18 yaşlı gəncdir. Uşaqlıqdan bəri ən böyük arzusu kasıbçılıqdan qurtulmaq, ailə səadəti tapmaq olub. Günlərin bir günü “Kim Milyonçu Olmaq İstəyir” intellektual teleoyununun iştirakçısına çevrilir. Oyun zamanı hamının savadsız bildiyi Camal Malik öz geniş dünya görüşü ilə həmvətənlərini mat-məttəl qoyur. O qələbə qazanıb, milyonçuya çevrilə bilər. Zəfərin bir addımlığındadır. Ancaq teleproqramın rəhbərliyi nədənsə ondan şübhələnməyə başlayır və dindirilməsi üçün polisə təhvil verir. Fırıldaqçı olmadığını sübut etmək üçün Malik həyat hekayəsini müstəntiqə olduğu kimi danışmağa məcbur olur - əvvəldən –axıra kimi...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar