Frida Pinto

Frida Pinto

Aktrisa, prodüser

BİOQRAFİYA

Frida Selena Pinto – hindistanlı kinoaktrisadır. Hind, Britaniya və Hollivud filmlərinə çəkilir. Aktrisa kimi karyerasına kollecdə oxuduğu illərdə, həvəskar teatr tamaşalarında çıxışı ilə başlayıb. Təhsili başa vurduqdan sonra fotomodel işləyib, paralel olaraq hind telekanalında aparıcılıq edib. Model agentliyinin xətti ilə 2008-ci ildə “Xarabalıqdan çıxmış milyonçu” adlı Britaniya dramında baş rollardan birinə çəkilib. Bu onun kinoda debütü sayılır. Film aktrisanın karyerasında tramplin rolunu oynayıb, çoxsaylı kinomükafatlar o cümlədən bir neçə nominasiya üzrə “Oskar” mükafatlarından sonra, aktrisaya çoxsaylı kino və televiziya layihələrindən təkliflər gəlməyə başlayıb. Bir neçə Hollivud və Britaniya filminə ikinci plan rollara çəkilib. İkinci ən uğurlu filmi “Meymunlar planetinin qiyamı” elmi-fantastik filmi olur. 2011-ci ildə “Yoxsul məhəllənin gözəli”, 2014-cü ildə isə “Səhrada rəqs edən” filmlərində daha uğurlu rollar alıb, yaratdığı obrazlarla tənqidçilərin rəğbətini qazanıb. 2015-ci ildə isə onun iştirakı ilə “Azğın güllə” filmi böyük ekranlara çıxıb. Hindistan mətbuatına görə Pinto çəkildiyi filmlərdə Qərb kinosunda hindistanlı qadın stereotipini dağıdıb. Bollivud filmlərinə demək olar ki, çəkilmədiyinə görə, doğma vətənində çox az adam onu tanıyır. Pinto həmçinin humanitar və ictimai fəaldır. Humanitar kampaniyalarda aktiv şəkildə iştirak edir, qadın haqlarının müdafiəsinə qalxır. Aktyor karyerası öncəsi 2002-ci ildə tanış olduğu tələbə yoldaşı ilə nişanlı olub. 2007-ci ildə birgə yaşamağa başlayıblar, həmin ilin dekabrında isə nişanlanıblar. Ancaq 2009-cu ilin yanvar ayında Frida nişanlısı Rohandan ayrılaraq, “Xarabalıqdan çıxmış milyonçu” filmindən olan tərəf-müqabili Dev Patellə görüşməyə başlayıb. 2014-cü ildə cütlük ayrıldıqlarını elan etsələr də, dost münasibətlərini qoruyub saxlayıblar. “Xarabalıqdan çıxmış milyonçu” filminin kollosal uğurundan sonra Pinto, öz sözləri ilə desək, daimi yaşayış ünvanından məhrum olub, günləri gah Mumbayda, gah Londonda, gah da Los-Ancelesdə çəkiliş meydançalarında və müxtəlif tədbirlərdə keçib. 2015-ci ildə "USA Today"ə verdiyi müsahibədə Patellə ayrılmasından sonra Los-Ancelesə köçdüyünü bildirib. Feminizm fəallarından olsa da, bu məfhumun onun üçün cinsi bərabərlik anlamına gəldiyini bildirib. Humanitar fəaliyyətində Ancelina Coli və Məlalə Yusifzaidən örnək götürdüyünü qeyd edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Freida_Pinto

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç