İrfan Xan

İrfan Xan

Aktyor

BİOQRAFİYA

Sahabzadə İrfan Əli Xan 7 yanvar 1967-ci ildə Caypur əyalətində (Hindistan) müsəlman ailəsində dünyaya gəlib. Atası Hacuriya kəndindən olub və təkər biznesi ilə məşğul olub. İncəsənət ixtisası üzrə magistr pilləsində təhsil aldığı vaxt, Dehli Milli Dram Məktəbində oxumaq üçün təqaüd alır. Aktyor karyerasını bir neçə Hindistan seriallarına çəkilməklə başlayıb. Həmin seriallardan birində İrfan Xan mənfi personajlardan birini, silsilə qatil-psixopat obrazını canlandırıb. Onun ilk tammetrajlı filmi “1988-ci ildə ekranlara çıxan rejissor Mira Nairin “Salam Bombey” filmi sayılır. Rejissor İrfan Xanı Dehli səhnəsində görüb-bəyənərək, onu Bombeyə dəvət edir. Əvvəl o uşaqlardan birini oynamaq üçün dəvət olunur, ancaq yeniyetmə üçün çox hündür olduğundan sonra küçədə xidmət edən mirzə roluna götürülür. 90-cı illərdə tənqidçilərin müsbət rəyini qazanmış “Bir həkimin ölümü” və “Çox uzun səyahət” (1998) filmlərinə çəkilir. Bir neçə uğursuz kinolayihədən sonra Britaniyalı rejissor Asif Kapadiyanın “Döyüşçü” (2001) filmində peyda olur və oynadığı rol ona böyük şöhrət qazandırır. 2018-ci ildə aktyor mətbuata verdiyi açıqlamada onda nadir xəstəliyin aşkarlandığını və bununla əlaqədar planlaşdırılan gələcək film çəkilişlərini təxirə saldığını bildirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Irrfan_Khan

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç