Saymon Bofoy
Ssenarist
Saymon Bofoy 1967-ci ildə Kitli şəhərində (Böyük Britaniya) anadan olub. İbtidai təhsilini Kross-Hillz şəhərində alıb. Daha sonra Ermisted gimnaziyası və Sedberq məktəblərində oxuyub. 1997-ci ildə “Kişi striptizi” filminə yazdığı ssenariyə görə, “ən yaxşı orijinal ssenari” nominasiyasında “Oskar” nominasiyası qazanıb. 2009-cu ildə “Xarabalığın milyonçusu” filminə yazdığı ssenariyə görə “Oskar”, “Qızıl Qlobus” və BAFTA mükafatlarına layiq görülüb. Bu yaxınlarda Stiven Hollun “Ac köpəkbalığının gündəliyi”, Pol Tordeyin “Yəməndə qızılbalığı ovu” romanlarının ekran adaptasiyası üzərində çalışıb. 2014-cü ildə "Spanner Films" studiyası Bofoyun ictimai fəalları ovlayan məxfi polislərdən bəhs edən “Məxfilər” filminin ssenaristi olacağını elan edib. 2015-ci ildə real hadisələr əsasında lentə alınmış “Everest” blokbasterinin ssenari müəlliflərindən biri olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Simon_Beaufoy