Emma və Livi uzun illərin dostluq münasibətləri birləşdirir. Onların bir-birindən gizlətdiyi hər hansı sirr yoxdur. Dar gündə həmişə bir-birinə dayaq olurlar. Onlar bu dostluq bağlarının sarsılmaz olduğunu düşünürlər. Ancaq günlərin bir günü ən adi bir məsələ bu münasibətləri kökündən dəyişir. Belə ki, hər ikisinin toyu eyni günə təyin olunur. Rəfiqələr arasında amansız müharibə başlayır. Onlar hər şey uğrunda - toyun keçiriləcəyi şadlıq evi, toyda iştirak edəcək qonaqlar, toyda göstəriləcək xidmətlər uğrunda mübarizə aparırlar. Rəfiqədən açıq düşmənə çevrilən Emma və Liv heç kimi və heç nəyi güzəştə getmək fikrində deyillər...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar