Enn Heteuey
Aktrisa, müğənni
Enn Jaklin Heteuey 12 noyabr 1982-ci ildə Bruklində (Nyu-York ştatı, ABŞ) anadan olub. Atası Enn vəkil, anası Keyt Makkaleq aktrisa idi. Enn adını Şekspirin arvadı Enn Heteueyin şərəfinə adlandırıblar. O, teleekranlarda ilk dəfə 1999-cu ildə "Reallığı gör" adlı serialla görünüb. Disneyin istehsalı olan "Şahzadənin gündəliyi" filmində və onun növbəti seriasında oynadığı Mia Sermopolis rolu ona böyük şöhrət qazandırır. Daha sonra "Şeytan Prada geyinir" və "Eşq kitabı" filmlərində baş rolu oynayır. 2004-cü ildə ekranlara çıxan "Tilsimlənmiş Ella" filmi də ona uğur gətirənlərdəndir. 2011-ci ildə "Rio" adlı cizgi filmində obrazı səsləndirən Enn, daha sonra "Bir gün" filmində baş rolu ifa edir. 2008-ci ildə "Reyçl ərə gedir" filmindəki performansına görə bir neçə mükafat alan Enn "Ən yaxşı aktrisa" mükafatına namizəd görülüb. 2010-cu ildə böyük uğur qazanmış "Sevgililər günü", "Alisa möcüzələr diyarında", "Sevgi və digər fəlakətlər" filmlərindəki uğuruna görə "Emmi" mükafatına layiq görülüb. 2012-ci ildə "Səfillər" filmindəki roluna görə kinotənqidçilərin müsbət rəylərini alır və böyük mükafatlar qazanır. "People" jurnalı tərəfindən 2001-ci ilin "Ən yaxşı rol ifa edən ulduz"larından biri seçilir. 2006-cı ildə isə "Dünyanın ən gözəl 50 adamı" siyahısına düşür. Enn dörd ilə yaxın italyan biznesmen Rafaello Folyeri ilə görüşüb. Daha sonra aktyor və zərgər Adam Şulmanla görüşür. Cütlük 2012-ci ildə evlənir. Conatan Rouzbenks adlı oğlu var.
Ətraflı məlumat üçün linkə basın:
https://az.wikipedia.org/wiki/Enn_Heteuey