Keysi Uilson
Ssenarist, komik, aktrisa
Ketrin Rouz Uilson 24 oktyabr 1980-ci ildə Virciniya ştatının Aleksandriya şəhərində anadan olub. 1998-ci ildə orta məktəbi bitirib. Sonra Nyu-Yorka köçərək, Nyu-York Universitetinə qəbul olunub. Ali təhsili başa vurduqdan sonra Stella Adlerin aktyorluq studiyasında oxuyub. Uilsonun valideynləri siyasətçi olub, ancaq nə qədər qəribə səslənsə də rəqib partiyaların demokratlar və respublikaçıların üzvləri olublar. Valideynlərin evdə daimə siyasi məsələlərə görə mübahisə etməsi Ketrinin komediya janrına gəlməsinə təkan verib. Daha çox ABC telekanalında yayımlanan “Xoşbəxt sonluq” (2011-2013) serialında oynadığı Penni Harts rolu ilə məşhurlaşıb. Həmin rol ona “Televiziya tənqidçilərinin seçimi” mükafatına iki nominasiya qazandırıb. 25 may 2014-cü ildə ssenarist Devid Kaspe ilə ailə həyatı qurub. Onlar toya qədər 3 ilə yaxın görüşüblər. Cütlüyün 2015 və 2017 təvəllüdlü iki oğlu var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Casey_Wilson