Baş qəhrəman Frenkin həyatında “qara günlər” başlayır. Güzəranının belə bərbad durum alacağını qorxulu yuxularında belə görə bilməzdi. Yaramaz qonşuları bir yana, körpə uşaq bütün günü zırıldayır, iş yoldaşları gic-gic söhbətləri ilə onu boğaza yığır, bu azmış kimi tibbi müayinədən sonra ona kəllə beyin xərçəngi diaqnozu qoyulur. Həyatla vidalaşıb, əlinə tapança aldığı əsnada, Roksi adlı yeniyetmə qızla rastlaşır. Aralarında böyük yaş fərqinin olmasına rəğmən onlar sanki “bir cüt ayaqqabının sol və sağ taylarıdır”; xasiyyətləri ideal səviyyədə uyğun gəlir, hər ikisi onları əhatə edən insanlara nifrət edir və baş verən hadisələrə qarşı eyni fikirlər səsləndirir. Yeni həmsöhbəti onda azda olsa həyat eşqi oyadır. Onların bir-birindən öyrənəcəkləri çox şeylər var...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar