Larri Miller

Larri Miller

Aktyor

BİOQRAFİYA

Lourens Cey “Larri” Miller – amerikalı yumorist, aktyor, səsləndirmə aktyoru, podkast aparıcısı və köşə yazarıdır. Kinoda daha çox “Nifrətimin 10 səbəbi” (1999), “Gicbəsər professor” (The Nutty Professor, 1996), “Gözəlçə” (Pretty Woman, 1990), “Ağıllı ol” (Get Smart, 2008) filmlərində oynadığı rollara görə tanınır. Karyerası ərzində 140 televiziya/bədii film və seriala çəkilib. Son işləri arasında – “Əvvəldən başla” (2018), “Hitleri daha sonra qar adamını öldürmüş insan” (2018) filmlərini və “High School Cupid, a Cupid Inc. Story “ mini-serialını sadalamaq olar. Aktyor 15 oktyabr 1953-cü ildə ABŞ-ın Nyu-York ştatının Lonq-Aylend adasında anadan olub. 1966-cı ildə ssenarist kimi fəaliyyət göstərməyə başlayıb. 1973-cü ildə öz yazdığı ssenari əsasında film çəksə də, həmin layihə uğursuzluğa düçar olub. Həmin fiaskodan sonra uzun müddət kinodan uzaq düşüb. 1982-ci ildə yenidən kino və televiziya filmlərinə çəkilməyə başlayıb. 1987-ci ildə Eylin Konnla tanış olub. Onlar 1988-ci ildə ailə qurublar. Cütlüyün iki övladı var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B8%D0%BB%D0%BB%D0%B5%D1%80,_%D0%9B%D0%B0%D1%80%D1%80%D0%B8_(%D0%BA%D0%BE%D0%BC%D0%B8%D0%BA)

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç