Coel Mürrey

Coel Mürrey

Aktyor

BİOQRAFİYA

Coel Mürrey 17 aprel 1963-cü ildə ABŞ-ın İllinoys ştatının Uilmett kəndində, Lüsil Doylvə Edvard Cozef Mürrey – ikincinin ailəsində dünyaya göz açıb. Valideynləri irland katoliklər olub. Coelin yeddi bacı-qardaşı var. Qardaşlarından üçü onun kimi aktyorluq sənətini özlərinə peşə seçib. "Loyola Academy" ali dram məktəbində oxuyub. Karyerasını Çikaqo şəhərində başlayıb. Həmin şəhərdə tanınmış aktyor və pedaqoq Dela Klouzun aktyorluq sənəti kurslarına gedib. İlk dönəmlərdə İO Theater, İmrpov İnstitute və The Second City kimi improvizasiya teatrlarında çıxışlar edib. Böyük ekranlarda debütü isə 1986-cı ildə “Dəlisov yay günləri” filmində gerçəkləşib. Növbəti il isə “Uzun yol” adlı ilk televiziya lentinə çəkilib. Karyerası ərzində 60 dan çox televiziya və bədii film rolu var. Ara-sıra rejissor, ssenarist və prodüser kimi də fəaliyyət göstərir. Məşhur Hollivud aktyoru Bill Müreyin qardaşıdır. Şəxsi həyatına gəlincə, 1989-cu ildən bəri Eliza Koylla evlidir. Onların dörd övladı var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D1%8E%D1%80%D1%80%D0%B5%D0%B9,_%D0%94%D0%B6%D0%BE%D1%8D%D0%BB%D1%8C

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç