Bobket Qoldtueyt
Aktyor, rejissor, ssenarist, prodüser
Robert Frensis “Bobket” Qoldtueyt 25 may 1962-cı ildə Nyu-York ştatının Sirakuz şəhərində anadan olub. Univermaq satıcısı Keltin Qoldtueyn və fəhlə Tom Qoldtueynin ailəsində boya-başa çatıb. Erkən yaşlarından aktyorluğa maraq göstərib. Məktəbdə oxuduğu illərdən artıq peşəkar səviyyədə səhnəyə çıxıb. Apostol Matfey adına məktəbdə gələcək komik və səsləndirmə aktyoru Tom Kenni ilə (Süngər Bob personajını səsləndirən) tanış olur. İki dost 1980-ci ildə məktəbi bitirib, “İst Sirakuz sakinlərindən ibarət “Generic Comics” adlı komediya truppasını təsis ediblər. Karyerasının əvvəlində Boston yazıçısı və satiriki Martin Olsonla birgə işləyib. Qoldtueyt iki dəfə evli olub. 1986-cı ildə Enn Luli ilə ailə qurub. Onların Taşa adlı qızı var. Cütlük 1998-ci ildə yollarını ayırıb. Aktyor və rejissor 1999-cu ildə Nikki Koksla nişanlansa da, 2005-ci ildə sevgi münasibətləri başa çatıb. 2009-cu ildə Qoldtueyt Sara De Sa Reqo ilə evlənib. Evlilik həyatları indiyə kimi sürür. Qoldtueyt karyerası ərzində onlarla filmə çəkilib. Ən məşhur rolu “Polis Akademiyası” komediya franşizasında dəlisov “Zed” rolu sayılır. 1986-cı ildə Con Küsakın baş rola çəkildiyi “Bir dəlisov yay” filmində rol alıb. 1987-ci ildə Vupi Qoldberqlə “Oğru” filminin çəkilişlərində iştirak edib. Həmçinin Bill Mürreylər “Yeni Milad Nağılı” komediyasına çəkilib. 1991-ci ildə yazdığı ssenari əsasında “Kloun Şeyks” filminə rejissorluq edib və özü baş rola çəkilib. Rejissor işlərinə görə ən çox “Tanrı Amerikanı Qoru” (2011) və “Ən yaxşı ata” (2009) filmləri ilə yadda qalıb. “Polis Akademiyası” komediya franşizasında “Zed” rolu ilə məşhurlaşıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%BE%D0%BB%D0%B4%D1%82%D1%83%D1%8D%D0%B9%D1%82,_%D0%91%D0%BE%D0%B1%D0%BA%D1%8D%D1%82