Antuan Şevalye – yaşına görə çox cavan qalmış və enerji ilə coşub-daşan əlli yaşlı kişidir. Onun belə gümrah qalmasının başlıca sirri pəhriz saxlaması və daima idmanla məşğul olmasıdır. Onun sevdiyi həyat yoldaşı, ağıllı oğlu, yaxşı işi və sadiq dostları var. Belə dostlarından biri həyat yoldaşı ilə boşandıqdan sonra müvəqqəti olaraq Antuanın evində məskunlaşır. Antuan özünü həyatda hər şeyə nail olmuş bəxtəvər hiss edir. Ancaq bir gün marafonda iştirakı zamanı gözlənilmədən halı pisləşir və ürək tutması keçirir. Baş verən hadisə onu düşkün vəziyyətə salır, müxtəlif təamlardan və əyləncə dolu günlərdən özünü məhrum etməklə əslində heç bir şeyə nail olmadığını düşünməyə başlayır. O bundan sonra dostları ilə şən günlər keçirməyə və özünə qadağan etdiyi şeylərin “dadını” çıxarmağa qərar verir...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar