Lamber Vilson
Aktyor
Lamber Vilson 3 avqust 1958-ci ildə Fransanın Neyi-sür-Sen kommunasında anadan olub. Məşhur teatr aktyoru Jorj Vilsonun oğludur. Ata nənəsi irlandiyalıdır. Daha çox “Matrisa: Yenidən işəsalma” və “Matrisa: İnqilab” (2003) filmlərində oynadığı Merovingen rolu ilə şöhrət qazanıb. Aktyor fəaliyyəti ilə yanaşı, Vilson müğənni kimi də tanınır, bir neçə albom buraxıb. Rejissor kimi Paris teatrında «Les Caprices de Marianne» Alfreda de Müsssü pyeslərini tamaşaya qoyub. Vilson 1991-ci ildə məşhur brend "Calvin Klein"in bir neçə reklam çarxında da iştirak edib. Həmin il model Kristi Törlinqton ilə birlikdə "Eternity" parfüm brendininin reklamında da iştirak edib. 2006-cı ildə Lamber Vilsona Fransanın ali mükafatlarından biri olan İncəsənət və Ədəbiyyat üzrə zabit dərəcəsi ordeni təltif olunub. Kinoda daha çox “Matrisa” elmi-fantastik saqası, “Pişik qadın” (2004), “Zamanın tələsində” (2003), “Etiraf” (2016) filmləri və “Boş tac” (2012), “Manipulasiya” (2012) seriallarına görə tanınır. Aktyor olaraq ümumilikdə kino və televiziyada 124 rola çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Lambert_Uilson