Lionel Abelanski

Lionel Abelanski

Aktyor

BİOQRAFİYA

Lionel Abelanski – 1964-cü il təvəllüdlü fransalı aktyor və rejissordur. Daha çox rejissor Co Raytın “Bağışlanma” (2007), rejissor Radu Mixeylanın “Həyat qatarı” (1998) və “Konsert” (2009) filmində oynadığı rolları ilə məşhurdur. Ekranlarda aktyor debütü 1988-ci ilə təsadüf edir. Həmin il rejissor Kollin Serronun “Romuald və Culyetta “ komediyasına çəkilir; filmdə Daniel Otoyla baş rola çəkilir. Abelanskinin əsas fəaliyyəti teatra yönəlib. 90-cı illərin ortaları kinokaryerasının pik dövrü sayılır. Belə ki, həmin vaxt, “Delfin 1- İvan 0”, “Didye”, “Kosmonavtın arvadı”, “Həyat qatarı” və digər reytinqli filmlərə çəkilir. Lionel Abelanskinin yaradıcılıq arsenalında 90-dan çox kino və televiziya əsəri var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/lionel_abelanski_abelanski/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç