"Now You See Me 3" Filmi Üçün Hazırlıqlara Başlanıldı!

01 May, 2020

Lionsgate, Now You See Me 3 üçün hazırlıqlara başladı. Filmin ssenarisini qələmə alması üçün American Hustle’ın ssenaristi Erik Uorren Singer (Eric Warren Singer) ilə razılaşma əldə edilib.

Clash of the Titans, "Miras Ötürücüsü" (The Transporter), The Incredible Hulk kimi filmlərlə tanınan fransız rejissor Lui Leteryenin (Louis Leterrier) aktyor heyətində Mark Ruffalo (Mark Ruffalo), Cessi Ayzenberq (Jesse Eisenberg), Vudi Harrelson (Woody Harrelson), Morqan Friman (Morgan Freeman) kimi önəmli adların yer aldığı və dünya miqyasında uğur əldə edən 2013-cü il istehsalı filmiylə başlayan Sehrbazlar Dəstəsi – Now You See Me seriyasının üçüncü filmi üçün hazırlıqlar başladı.



Lionsgate, verdiyi açıqlamada American Hustle, Qırmızı Sərçə (Red Sparrow), Xalis Cəsurlar (Only the Brave), Top Gun 2 kimi filmlərin ssenaristi Erik Uorren Singerin (Eric Warren Singer) filmin ssenarisini yazacağını açıqladı. İlk filmdə tapılan orijinal fikrə sadiq qalınaraq eyni enerjiyi və əyləncəyi əldə etməyi hədəfləyən seriyanın üçüncü filmində ilk iki filmdən bələd olduğumuz xarakterlərlə yanaşı yeni xarakterlərə də yer veriləcək.

Cessi Ayzenberqin (Jesse Eisenberg) canlandırdığı Atlas xarakterinin ən başda olduğu və dünyanın ən yaxşı sehrbazlarının yer aldığı Four Horsemen adlı qrupun macərasının danışıldığı seriyanın ilk filmi dünya miqyasında önəmli bir uğur əldə edərək 350 milyon dollar kimi bir gəlir əldə etmişdi. 2016-cı ildə premyerası olan və rejissorluğunu Con M. Çunun (Jon M. Chu) etdiyi seriyanın davam filmində komandanın bank soyğunu üçün yenidən bir araya gəlməsi planlaşdırılırdı.

Now You See Me 3': 'Top Gun: Maverick' Writer Eric Warren Singer ...

"Now You See Me 3"ün aktyor üçün hələ rəsmi açıqlama verilmədi. Ancaq ilk iki filmdəki heyətin təkrar bir araya gəlməsi gözlənilir. Rejissor kürsüsündə kimin oturacağı isə hələlik naməlumluğunu qoruyur.

Lionsgate Motion Picture Group rəhbəri Nathan Kahane verdiyi açıqlamada ssenarist Erik Uorren Singerlə (Eric Warren Singer) bağlı “Erik sehrbazlıq və illüziya sənətindən həmişə təsirlənmişdi. Now You See Me hekayəsinin və The Four Horsemen komandasını əsl heyət və yeni xarakterlərlə başqa bir səviyyəyə çıxaracaq bir hikayə ilə gəldi.” deyərək “Now You See Me" izləyiciyi təəcübləndirməyə və maraqlandırmağa çalışır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər