Con M. Çu
Rejissor, ssenarist, prodüser
Con Çu 2 noyabr 1979-cu ildə Palo-Alto şəhərində (Kaliforniya ştatı, ABŞ) anadan olub. Atası Lorens Çu tanınmış baş aşpazdır, həyat yoldaşı ilə birlikdə “Chef Chu's” restoranını idarə edir. Tələbə olan vaxt ərsəyə gətirdiyi qısametrajlı filmlə “William Morris Agency” şirkətinə dəvət olunub və bir neçə layihə üzərində işə başlayıb. Daha sonra Sony Pictures onu “Bye Bye Birdie” filminin çəkilişlərinə dəvət edib. Ancaq büdcə ilə yaranan problemlərə görə, çəkilişlər təxirə salınıb. Rəqs və rəqqaslar haqqında bir neçə film çəkib. Məşhur müğənni Castin Biber haqqında bioqrafik sənədli filmin rejissoru olub. 2010-2011-ci illərdə “The Legion of Extraordinary Dancers” adlı serialı çəkib və epizodlarına prodüserlik edib. Daha çox “İrəli addım 2”, “Castin Biber: Heç vaxt heç vaxt demə”, “G.I. Joe: Qisas” filmləri üzərində gördüyü işə görə tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A7%D1%83,_%D0%94%D0%B6%D0%BE%D0%BD