Mark Ruffalo
Aktyor, ssenarist, rejissor, prodüser
Mark Ruffalo 22 noyabr 1967-ci ildə Kenoşi şəhərində (Viskonsin ştatı, ABŞ) anadan olub. Ailəsi Los-Ancelesə köçəndə Ruffalo Stella Adlerin konservatoriyasında təhsil almağa başlayır. O, həmçinin "Orpheus Theatre Company" əsasını qoyan şəxslərdən biri kimi ssenari yazır, rejissor işlərini görür və əsas rolları oynayırdı. Bununla belə, aktyor doqquz il ərzində barmen kimi çalışıb. 1996-cı ildə Mark Ruffalo “Diş həkimi” filmində kiçik rola çəkilir. Daha sonra “Ayıoynadanlar” (1998) kriminal komediyası və “İblisin təqibi” (1999) filmlərinə dəvət alır. Yazıçı Kennet Lonerqanla tanış olan Ruffalo onun əsərlərində oynayır. Ruffalo 2000-ci ildə Lonerqanın "Oskar"a namizəd olan “Mənə güvənə bilərsən” filmində çəkilir. Filmdə Markın oynadığı rol bəyənilir, hətta onu Marlon Brando ilə müqayisə edirlər. Həmçinin aktyor Los-Anceles Tənqidçilər Assosiasiyasının və Monreal Kinofestivalının mükafatlarına layiq görülür. Ardınca “Sonuncu qəsr” (2001), “Küləklə danışanlar” (2001), “Xəyanətin məntiqi” (2002), “Əlbir” (2004) filmlərində çəkilir. Mark daha çox romantik komediyalarda özünü sınayır. “Yuxarıdan görünüş yaxşıdır” (2003), “13-dən 30-a” (2004), “Yerlə göy arasında” (2005), “Şayiələr gəzir” (2006) filmlərində romantik qəhrəman obrazlarını oynayıb. 2004-cü ildə Mişel Qondrinin “Pak şüurun əbədi parıltısı” filmində çəkilir. 2007-ci ildə “Zodiak” filmində müfəttiş Devid Toşi rolunu oynayır. Elə həmin il aktyorun iştirakı ilə “Qoruq yolu” filminin premyerası olur. 2010-cu ildə Mark Ruffalo “Uşaqlarla hər şey qaydasında” komedik dramında görünür. Bu filmdəki roluna görə ilk dəfə "Oskar"a namizəd olur. 2010-cu ildə "Marvel" şirkətinin “Qisasçılar” filmində çəkiləcəyi barədə məlumat yayılır. 2012-ci ildə həmin filmin premyerası olur. Daha sonra “Yalan illüziyası” filmində çəkilir. 2015-ci ildə “Tülkü ovçusu” filminə görə ikinci dəfə, 2016-cı ildə “Diqqət mərkəzində” dramına görə üçüncü dəfə "Oskar" mükafatına namizəd seçilir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Mark_Ruffalo