Lui Leterye

Lui Leterye

Rejissor, ssenarist, aktyor

BİOQRAFİYA

Lui Leterye (Louis Leterrier) – hollivudda yaşayan fransız kinorejissor və ssenaristdir. Lük Bessonun yaxın dostudur. Birlikdə “Daşıyıcı” və “Daşıyıcı 2” filmləri üzərində çalışıblar. 17 iyun 1973-cü ildə Fransanın paytaxtı Parisdə anadan olub. Anası kostyum rəssamı, atası rejissor olub. Yeniyetməlik illərində Lui həvəskar qısametrajlı eksperimental lentlər çəkib. Daha sonra reklam işi və ictiamiyyətlə əlaqələr üzrə təhsil alıb. Ancaq sonradan tam fərqli sahəyə kino sahəsinə meyl salıb. Nyu-York universitetinin Tiş kino məktəbinə daxil olub. Təhsili başa vurduqdan bir müddət sonra Leterye “Yad 4: Diriliş” qorxu filində rejissor köməkçisi olub. Fransaya geri döndükdən sonra Lük Bessonla birlikdə reklam çarxları ardınca isə “Janna Dark” və “Daşıyıcı” saqasından olan iki filmin çəkilişində iştirak edib. Müstəqil rejissor kimi, daha çox “Köpək Denni”, “Daşıyıcı 2” , “İnanılmaz Halk”, “Titanların döyüşü”, “Yalanın illüziyası” filmləri ilə tanınır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/louis_leterrier/

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç