Avatarın davam filmlərinin Yeni Zelandiyada davam edən prodakşınına koronavirus epidemiyası səbəbilə ara verildi. Bütün dünyada qorxu yaradan koronavirus epidemiyası, film salonlarından sonra çəkilişləri də bütün faaliyyətlərini dayandırmaq nöqtəsinə gətirdi. Dünyanın dört bir yanında istər filmlərin, istərsədə serialların prodakşını dayandırıldı. The Matrix 4, The Batman, Jurassic World: Dominion, Fantastic Beasts 3 kimi prodakşını dayandırılan böyük büdcəli proyektlərə bugün Avatarın davam filmləri də qatıldı.
2009-cu ildə premyerası olan və dünya miqyasında 2.8 milyard dollar kassa gəliri əldə edən bütün vaxtların ən çox gəlir əldə edən filmlərindən biri olan Avatarın uzun müddətdir gündəmdə olan davam filmlərinin çəkilişləri bir müddətdir davam edirdi. Ceyms Kemeron (James Cameron) və komandası, önümüzdəki günlərdə çəkilişlər üçün Wellington’dakı studiyalara getməyi planlaşdırırdı. Ancaq The New Zealand Herald’ın xəbərinə görə filmin prodakşını müddətsiz olaraq dayandırıldı və Wellington’dakı çəkiliş planları da təxirə salındı. Ötən günlərdə The Lord of the Rings serialının Yeni Zelandiyadakı çəkilişləri də koronavirus epidemiyası səbəbilə dayandırılmışdı. Avatar 2 filminin 17 dekabr 2021-ci ildə premyerasının olacağı açıqlanmışdı.
Avatar ilə ikinci “Oskar” namizədliyini qazanan Ceyms Kemeronun (James Cameron) illərdir üstündə çalışdığı Avatar 2, filmsevərləri yenidən Pandora’nın sehrli dünyasına aparacaq. İlk filmin baş rollarını üstlənən Sem Uortinqton (Sam Worthington), Zoi Saldana (Zoe Saldana), Siqurni Uiver (Sigourney Weaver) və Stiven Lenqin (Stephen Lang) geri qayıtdığı davam filmlərində Keyt Uinslet (Kate Winslet), Cliff Cutis, Mişel Yeo (Michelle Yeoh), Oona Chaplin, Devid Tülis (David Thewlis), Edie Falco və Vin Dizel (Vin Diesel) də rol alır. Avatar 2’nin 17 dekabr 2021-ci ildə premyerası planlaşdırılırdı. Ancaq bu dayandırma qərarı daha da uzadılarsa, dəfələrlə ertələnən davam filmi yenidən ertələnə bilər.