Keyt Uinslet 5 oktyabr 1975-ci ildə Berkşir qraflığının Redinq şəhərində (İngiltərə) aktyor ailəsində anadan olub. Keyt uşaqlıqdan səhnədə olmağı arzulayırdı. Ona görə 11 yaşı olanda "Redroofs Theatre School"da altı il aktyorluq sənəti öyrənir. İki bacısı və bir qardaşı da uğursuz olsa da, aktyor olublar. Keyt üç il serial və reklam çarxlarında çəkiləndən sonra, 19 yaşında Piter Ceksonun "Səma məxluqları” dramında çəkilir. Ardınca Keyt “İlk cəngavər kral Arturun sarayında” (1994) filmində şahzadə Sara, Enq Linin Ceyn Ostinin məşhur romanı əsasında çəkdiyi “Şüur və hiss” (1985) filmində romantik Marianna Deşvud rollarına çəkilir. ”Şüur və hiss” filmindəki rolu aktrisaya ilk uğuru qazandırır. O, "Oskar", "Qızıl Qlobus" mükafatlarına namizəd olur, Birtaniya kinoakademiyası Keyti "İlin ən yaxşı aktrisası" elan edir. Daha sonra Ceyms Kemeronun böyük büdcəli “Titanik” filmində rol alır. 22 yaşlı gənc aktrisa ikinci dəfə Rouz roluna görə "Oskar"a namizəd seçilir. Bununla belə, bir çox mükafatlara layiq görülür. Bundan sonra aktrisaya ardı-arası kəsilməyən dəvətlər gəlir. Lakin Keyt romantik melodramlara çəkilməkdən imtina edir. “Mərakeş ekspresi” (1998) filminə çəkilmək üçün “Aşiq Şekpsir” və “Anna və kral” filmlərinə çəkilməkdən imtina edir. ”Mərakeş ekspresi” filminin çəkilişləri zamanı rejissor köməkçisi Cim Tripltonla tanış olur. Amma
Keyt Uinsletin ilk ciddi romanı "İlin tünd fəsli" filmində başlayıb. Məhz həmin dövrdə Keyt aktyor və yazıçı Stiven Tredrlə görüşməyə başlayır. Həmin vaxt Keytin 16, Stivenin 28 yaşı var idi. Cütlük dörd il görüşür, amma münasibətləri rəsmiləşmir. Ayrıldıqdan az sonra Tredr xəstələnir və onkoloji xəstəlikdən vəfat edir. 1998-ci ildə Keyt ilk dəfə ərə gedir. Aktrisanın seçimi Cim Triplton olur. Bu nikahdan Mia adlı qızı dünyaya gəlir, amma bir il sonra cütlük ayrılır. Britaniyalı aktrisanın ikinci əri də rejissor olur. Sem Mendeslə toy 2003-cü ilin yazında baş tutur. Bu nikahdan dekabr ayında Alfi Uinslet Mendes adlı oğlu olur. 2010-cu ildə cütlük ayrılır. Keyt Uinsletin şəxsi həyatı 2011-ci ildə qaydasına düşür. İstirahət vaxtı özündən üç yaş cavan olan britaniyalı milyoner Ned Roknrolla tanış olur. 2013-cü ilin dekabrında onların Bear Bleyz Uinslet adlı oğulları doğulur. Ailə İngiltərədə yaşayır. Keyt vegeteriandır. Menyusunda ördək və ya qaz ciyərindən hazırlanan fua-qra olan restoranları dəfələrlə boykot edib. Keyt altı dəfə "Oskar"a namizəd olub. Onlardan üçü 30 yaşınadək olub. 2002-ci ildə yazıçı Ayris Merdokun həyatından bəhs edən “Ayris” filmindəki roluna görə "Oskar"a namizədliyi irəli sürülüb. 2009-cu ildə Stiven Doldrinin “Qiraətçi” filmində oynadığı Hanna Şmitz roluna görə çoxdan gözlənilən "Oskar" mükafatını qazanıb. Həmin il Leonardo Di Kaprio ilə çəkildiyi “Ayrılan yollar” filmindəki roluna görə növbəti "Qızıl Qlobus" mükafatını qazanır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://a z.wikipedia.org/wiki/Keyt_Uinslet