Vin Dizel

Vin Dizel

Aktyor, prodüser, rejissor, ssenarist

BİOQRAFİYA
Vin Dizel 18 iyul 1967-ci ildə Nyu-Yorkda (ABŞ) doğulub. Əkiz qardaşı Polla bir yerdə böyüyüb. Anası Delora psixiatr idi və astrologiya ilə məşğul idi. Ailə Nyu-Yorkda çoxmənzilli evdə yaşayır və pulsuzluqdan əziyyət çəkirdi. Vin əsl atasını tanımırdı. O heç vaxt milli mənsubiyyətini söyləməz, amma müxtəlif mədəniyyətlərə məxsusluğunu xüsusilə qeyd edərdi. Uşaqlıqdan teatrda oynayıb. Hələ səkkiz yaşı olanda öz bacarıqlarını nümayiş etdirib. Gənc yaşlarından idmanla məşğul olur. Dizelin Hollivuda birinci dəfə ayaq basması uğursuz olur və o geri qayıdır. Vini çətin vəziyyətdən əfsanəvi rejissor Stiven Spilberq çıxarır və çəkəcəyi “Siravi Rayanı xilas etmək” (1998) filmində rol verir. Dünya Dizeli yavaş-yavaş tanımağa başlayır. Amma heç kimə sirr deyil ki, Vin Dizel adı gələndə dərhal “Forsaj” (2001) filmi yada düşür. Belə də olur. Gələcəkdə çəkiləcək "Forsaj" filmlərinin bütün bölümlərində Vin Dizelin yaratdığı Dominik Torreto obrazı ön plana çıxır. İndiyə kimi "Oskar" mükafatı qazana bilməyən Vin Dizelə "tacsız kral" ləqəbi qoyulub. Vin Dizelin 2008-ci ildə doğulmuş qızı var Vin çoxistiqamətli aktyor olaraq tanınır. Amma o yalnız aktyorluqla kifayətlənmir, eyni zamanda prodüserlik edir, ssenarilər hazırlayır. Özünün "One Race Productions" adlı məşhur film şirkəti var. Ayrıca video oyunlara marağı olan ulduzun bir də "Tigon Studios" adlı oyun şirkəti var; "The Wheelman" və "The Chronicles of Riddick" oyunları ilə bazarda yüksək satış rəqəmlərinə nail olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Vin_Dizel

 

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç