Sem Uortinqton
Aktyor
Semüel Henri Cey Uortinqton 2 avqust 1976-cı ildə İngiltərənin Sürrey qraflığının Qodalminq şəhərində anadan olub. Uşaqlığı və yeniyetməlik illəri Avstraliyada keçib. Aktyorluq sənətini Sidney şəhərinin Milli Dram İncəsənət İnstitutunda öyrənib. Kinodebütünü 2000-ci ildə “Bootmen” adlı filmdə Mitçel Okden rolu ilə həyata keçirib. 2006-cı ilə qədər başlıca olaraq Avstraliya teleseriallarına çəkilib. 2002-ci ildən sonra bir sıra Hollivud filmlərində epizodik rollara dəvət alıb. 2006-cı ildə Bondiana silsiləsindən olan “Kazino Royal” filmində görüntülənib. 2007-ci ildə Ceyms Kemeronun “Avatar” fantastik filmində baş rola çəkilib. Həmin film ona böyük şöhrət qazandırıb. Kemeronun tövsiyəsi əsasında “Terminator: Xilaskar” filmində Markus Rayt rolunu oynayıb. Daha sonra 2010-cu ildə “Titanların savaşı” blokbasterində Persey rolunda çıxış edib. Uortinqdon məşhur “Call of Duty: Black Ops” video oyununda baş protoqonist Aleks Meyson adlı personajı səsləndirib. 2012-ci ildə isə “Call of Duty: Black Ops II” video oyununun yaradılmasında iştirak edib. 2015-ci ildə “Everest” bioqrafik dramında Qay Kotter rolunda çıxış verib. Film 1996-cı ildə Comolunqmaya yüksəliş zamanı faciə ilə nəticələnmiş hadisədən bəhs edir. Şəxsi həyatına gəlincə 2005-2008-ci illərdə Meyv Dirmodi ilə vətəndaş nikahında olub. 2009-cu ildən 2011-ci ilə kimi stilist Natali Markla görüşüb. 28 dekabr 2014-cü ildə isə 1987-ci il təvəllüdlü model Lara Binqlla ailə qurub. Cütlüyün Roket Zot Uortinqton adlı oğulları var. 2016-cı ildə isə Reyzor adlı ikinci övladları dünyaya gəlib. Semin boyu 178 sm-dir. Gözləri pis görsə də eynək taxmır. Verdiyi müsahibələrin birində öz etirafı ilə hamını təəcübləndirib. Döyüş filmləri ulduzu idmana nifrət etdiyini və idman zalına ümumiyyətlə ayaq basmadığını etiraf edib. “Avatar”, “Titanların savaşı” və onun sikveli, “Terminator: Xilaskar”, “Heksou uçurumu” filmlərində oynadığı rollarla məşhurlaşıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basıın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%BE%D1%80%D1%82%D0%B8%D0%BD%D0%B3%D1%82%D0%BE%D0%BD,_%D0%A1%D1%8D%D0%BC