"Black Widow"un Premyerası Koronavirus Səbəbilə Ertələndi!

19 Mart, 2020

Disney, 1 mayda premyerası olması gözlənilən Black Widow’ filmini ertələdi. Black Widow’la yanaşı The Woman in the WindowThe Personal History of David Copperfield də ertələndi.

No Time to Die, A Quiet Place Part II, Mulan, The New Mutants… Bütün dünyada qorxu yaradan və bir çox ölkədə film salonlarının tamamən bağlanmasına səbəb olan Koronavirusu səbəbilə ertələnən filmlərə hər gün bir yenisi də əlavə olunur. Epidemiyanın ciddi mərhələyə gəlməsinin ardından mart və aprel ayında premyerası olacaq, hardasa bütün filmlərini ertələyən studiyalar, epidemiyanın gedişatını nəzərə alaraq indi də may ayında premyerası olması gözlənilən filmlərini ertələməyə başladı.



Disney, aldığı qərarla may ayında premyerası olması gözlənilən Black Widow, The Woman in the WindowThe Personal History of David Copperfield‘ı müddətsiz olaraq ertələdi. Epidemiyanın nə vaxt təsirini itirəcəyi naməlumluğunu qoruduğu üçün bu filmlər üçün yeni premyera tarixlərinin yaxın vaxtda müəyyən edilməsi çətin olacaq. 

Emi Adamsın (Amy Adams) baş rolunda yer aldığı The Woman in the Window, Nyu-Yorkdakı evində tək yaşayan agorafobik Anna Fox’un, yeni qonşularını gizlicə gözlətməyə başlamasıyla yaşadığı qeyri-adi hadisələri mövzu götürür. Filmdə Emi Adamsla yanaşı  (Amy Adams) Culianna Mur (Julianne Moore), Qari Oldmen (Gary Oldman), Entoni Maki (Anthony Mackie), Brian Tyree Henry, Uayatt Rassell (Wyatt Russell) kimi aktyorlar iştirak edir.



Armando Iannucci’nin yazıb rejissoru olacağı The Personal History of David Copperfield, Victoria dövrü İngiltərəsində yaşayan David Copperfield’ın gənclikdən yaşlılığa gedən yolu mövzu götürülür. Film, Iannucci’nin deyimi ilə satira, mərhəmət, dostluq haqqında bir hekayəyi böyük ekrana gətirəcək.

Charles Dickens’ın klassik romanına yeni bir nəfəs gətirən filmin baş rolunu son dövrdə Lion, "Otel Bombey" (Hotel Mumbai) və The Wedding Guest kimi filmlərdə filmsevərlərin qarşısına çıxan Dev Patel (Dev Patel) üstlənir. Filmə adını verən David Copperfield’ə həyat verən Patellə yanaşı Tilda Suinton (Tilda Swinton), Hyu Lori (Hugh Laurie), Peter Capaldi, Ben Uişou (Ben Whishaw), Pol Uaythaus (Paul Whitehouse), Benedikt Vonq (Benedict Wong) və Gwendoline Christie adlar iştirak edir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər