Culianna Mur 3 dekabr 1960-cı ildə Şimali Karolinanın Feyetvill şəhərində (ABŞ) doğulub. Gələcək aktrisanın atası Piter Mur Smit tribunal hakimi, anası Anna isə psixiatr idi. Culianna ailənin böyük uşağı idi. Ondan başqa ailədə kiçik bacısı Valeri və qardaşı Piter Mur Smit (kiçik) böyüyürdü
. Aktrisa Nyu-Yorkda ilk vaxtlar restoranlarda ofisiant işləyir. O, uzun müddət Brodvey səhnəsində oynayır, həm də eyni zamanda iki qəhrəmanını oynadığı "Hələ dünya fırlanır" televiziya serialına çəkilir. 1995-ci ildə Mur "Doqquz ay" filmində hamilə qadın roluna çəkilir. Onun iştirakı ilə çəkilən filmlər arasında Ralf Faynsla oynadığı "Romanın sonu", "Maqnoliya", "Cənnətdən uzaqda", "Unudulmuş", "İnsan övladı", "Kişiyə etibar et" və Nikolas Keyclə tərəf-müqabili olduğu "Peyğəmbər" layihələrinin adlarını çəkmək olar. Culianna Mur solaxaydır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Culianna_Mur