Emi Adams

Emi Adams

Aktrisa

BİOQRAFİYA

Emi Lu Adams 20 avqust 1974-cü ildə İtaliyanın Viçensa şəhərində amerikalı hərbçi ailəsində anadan olub. Valideynlərinin işi ilə əlaqədar olaraq ailə yerini tez-tez dəyişərdi. Doqquz yaşı olanda Adamslar ailəsi Kolorado ştatında məskunlaşır. Emi diqqətini dram dərnəyinə yönəldir və məktəb tamaşalarında çıxış edir, mahnı oxuyur. Məktəbi bitirdikdən sonra aktyor dərnəklərinə gedir və mağazada satıcı işləyir. Sonra Bolders Dinnerin yerli teatrına yazılır. Kino karyerasına “Dağlar kralı”, “Baffi - vampir ovçusu”, “70-ci illərin şousu" və sair teleseriallara çəkilməklə başlayır. 2002-ci ildə Stiven Spilberqin “Bacarsan, tut məni” filmində Leonardo DiKaprionun nişanlısı obrazını oynayır. 31 yaşlı aktrisa əsl uğuru, Fil Morrisonun “İyun böcəyi” dramında oynadığı Eşli adlı kənd qızı obrazından sonra qazanır. Gözəl oyuna görə Emi Adams 2006-cı ildə "Oskar" mükafatına namizəd olur və müstəqil “Sandens” kinofestivalında münsiflərin xüsusi mükafatını qazanır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Emi_Adams

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç