Entoni Maki

Entoni Maki

Aktyor

BİOQRAFİYA

Entoni Maki 23 sentyabr 1978-ci ildə ABŞ-ın Yeni Orlean şəhərində doğulub. Entoni Yeni Orlean Kreativ İncəsənət Mərkəzində oxuyub. 1990-cı illərin ortalarında Uinston Salem şəhərində Şimali Karolina İncəsənət Ali Məktəbinə daxil olub və dram kurslarında iştirak edib. Ardınca təhsilini Culiyard Ali Məktəbində davam etdirib. Atası və analığı Yeni Orleanı viran qoymuş “Katrina” qasırğası zamanı həlak olub. İlk rolunu 2002-ci ildə alıb. “8 mil” filmində Eminem və Kim Besincer kimi ulduzlarla birgə kamera qarşısına çıxıb. Baş rolda debütü bir il sonra Rodni Evansın “Qardaşcasına” melodramında baş tutub. Filmlə cəmiyyətə inteqrasiya etməyə çalışan qaradərili homoseksual rəssam rolunu oynayıb. Növbəti uğurlu filmi Skayp Linin “O, mənə nifrət edir” lenti olub. Son illər çəkildiyi ən əlamətdar filmləri “Fırtına hökmdarı” (2008), “Reallığı dəyişən” (2011), “Qan-tər içində” (2013), “Qarışqa-adam” (2015) filmləri və “İlk qisasçı” superqəhrəman saqasıdır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.imdb.com/name/nm1107001/

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç