"The Matrix 4"ün Çəkiliş Meydanından İki Video Yayımlandı!

19 Fevral, 2020

Həyəcanla gözlənilən The Matrix 4’ün çəkiliş meydanında çəkilən və Neo ilə Trinity’yi yenidən hazırlanmış kəskin səhnələrində izləyiciyi göstərən iki yeni video yayımlandı. Lana Vaçovskinin (Lana Wachowski) yazıb rejissoru olduğu, Kianu Rivz (Keanu Reeves) və Kerri-En Mosun (Carrie-Anne Moss) NeoTrinity rolları ilə geri qaydacağı The Matrix 4‘ün çəkilişlərinə ötən günlərdə San Francisco’da başlanıldı. Yeni Matrix filminin çəkilişlərinə başlanılması ilə birlikdə çəkilişdən ilk görüntülər də ortaya çıxdı. Son olaraq da çəkiliş məqamında orada olanlar tərəfindən çəkilən iki yeni video sosial şəbəkədə paylaşıldı. Paylaşılan bu videolar, NeoTrinity’i yenidən hazırlanmış kəskin səhnələr izləyəcəyimizi göstərir.

Yayımlanan bu videolar filmin mövzusu haqqında bir çox ipucu olsa da, dördüncü filmdə çox daha fərqli bir TrinityNeo görə biləcəyimiz siqnallarını verir. Yayımlanan videoda, TrinityNeo’ya xeyli oxşayan iki xarakterin dublyorlarının bir binanın çatısından atılma səhnəsinin sınaq çəkilişini etdiyi görünür. İşin maraqlı tərəfi isə binadan hoppandıqdan sonra uçma manevrlarını etdikdən sonra bu hadisəni gerçəkləşdirənin Neo deyil Trinity olmasıdır. Bu vəziyyət yeni filmdə Matrix üçün də çox daha fərqli güclərə qovuşmuş bir Trinity izləyə biləcəyimizi düşündürür.

Картинки по запросу "«Матрицы 4»"

Həyəcanla gözlənilən The Matrix 4, 21 may 2021-ci ildə premyerası olacaq. Yeni Matrix filmində Kianu Rivz (Keanu Reeves) və Kerri-En Mosa (Carrie-Anne Moss) Watchmen serialı ilə adını eşitdirən Yahya Abdul-Mateen II, How I Met Your Mother’ın Barney Stinson’ı olaraq tanınan Nil Patrik Harris (Neil Patrick Harris), seriyanın 2-ci və 3-cü filmində Niobe’ya həyat verən Cada Pinkett Smit (Jada Pinkett Smith), Iron Fist serialı tanınan Jessica Henwick, Mindhunter serialı adını eşitdirən Jonathan Groff, QuanticoMalibu Xilasediciləri (Baywatch) kimi proyektlərlə tanınan Priyanka Çopra (Priyanka Chopra) və daha əvvəl Sense8 serialında Lana Vaçovski (Lana Wachowski) ilə işləyən Toby Onwumere, Max RiemeltEréndira Ibarra iştirak edəcək.



Ayrıca seriyanın ikinci və üçüncü filmində Merovingian’a həyat verən Lamber Vilson (Lambert Wilson) da qısa müddət əvvəl verdiyi bir bildirişdə Matrix 4’də rol ala biləcəyini qeyd etdi. Orijinal üçləmədə Ajan Smith’ə həyat verən Hüqo Uivinq (Hugo Weaving) isə qısa müddət əvvəl verdiyi bir bildirişdə, başka bir proyektlə toqquşduğu üçün yeni Matrix filmində rol ala bilməyəcəyini açıqladı.

Lana Vaçovskinin (Lana Wachowski) ssenarisini Cloud Atlas kitabının yazıçısı olan David MitchellAleksander Hemon ilə birlikdə qələmə aldığı yeni Matrix filminin mövzusu sirr kimi saxlansa da, hekayə haqqında ortaya atılan bəzi iddialar bir çox qaynaq tərəfindən dəstəklənir. Bu iddialara görə filmdə gənc bir Morpheus da qarşımıza çıxacaq və xarakterin bu gənc halına Yahya Abdul-Mateen II həyat verəcək. Digər yandan Jessica Henwick’in Neo’yu andıran olduqca önəmli bir xaraktərə həyat verəcəyi danışılır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər