Cada Pinkett Smit

Cada Pinkett Smit

Aktrisa

BİOQRAFİYA

Cada Koren Pinkett Smit amerikalı aktrisa, müğənni, prodüser, rejissor, yazıçı və sahibkardır. Aktrisa karyerasına 1990-ci illərdə start verib, “Həqiqi rənglər” komediyasında epizodik rola çəkilib. Cada müxtəlif janrlarda olan 20-dən çox kinofilmdə rol alıb. Çəkildiyi filmlər arasında “Haray 2” (Scream 2), “Əli”, “Matrisa: Təkrar işə salma”, “Əlbir” kimi blokbasterlər yer alır. Həmçinin “Cəmiyyətə təhdid” (1993), “Çağırış” (1996) kimi dramlarda rol alıb. 2002-ci ildən etibarən eyni zamanda peşəkar səviyyədə musiqi ilə məşğul olur. Həmin il “Wicked Wisdom” adlı metal-qrupunu yaradıb. Qrupun həm vokalisti həm də bəstəkarıdır. O həmçinin musiqi şirkəti yaradıb və 2004-cü ildə kitab müəllifi olub. Pinkett Smit 1990-cı illərdə “Beverli Hills şahzadəsi” teleserialının çəkilişlərində Uill Smitlə tanış olub. Əvvəl onlar dost olub, 1995-ci ildən isə bu münasibətləri sevgiyə çevrilib. Onlar 1997-ci ildə ailə qurub. Toylarında 100-ə yaxın insan iştirak edib. Mətbuata verdiyi açıqlamaların birində boşanma əleyhdarı olduğu açıq şəkildə ortaya qoyub. “Karyeramın sona çatmasına imkan verərəm, ailəmin dağılmasına yox” deyə aktrisa bildirib. Cütlüyün 3 övladı var. Ceyden (1998), Uillou (2000) və Trey (1992, Smitin əvvəlki nikahından). 2011-ci ildə Cada Pinkett Smitlə Uill Smitin 13 illik nikahdan sonra boşanmaq qərarına gəldikləri barədə sarı mətbuatda xəbərlər yayılıb. Dolanan dedi-qodulara görə buna səbəb Cadanın “Hotorn” serialındakı tərəf-müqabili, müğənni və aktyor Mark Entoni ilə gizli eşq macərası yaşaması olub. Ancaq oğlu Trey və o bu iddiaları təkzib edib. Ailə hazırda Malibu şəhərində yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B8%D0%BD%D0%BA%D0%B5%D1%82%D1%82-%D0%A1%D0%BC%D0%B8%D1%82,_%D0%94%D0%B6%D0%B0%D0%B4%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç