Kerri-En Mos
Aktrisa, prodüser
Kerri-En Mos 21 avqust 1967-ci ildə Bernabi şəhərində (Kanada) anadan olub. 11 yaşı olanda Vankuerin uşaq musiqi teatrına qoşulub. Böyük siniflərdə oxuyanda isə orta məktəbin xoru ilə Avropaya qastrola yollanıb. Vətənə geri döndükdən sonra Dram sənəti akademiyasına daxil olur. Sonra 1985-ci ildə Vankuerdən Torontoya köçür və model kimi fəaliyyət göstərməyə başlayır. Bu fəaliyyəti ilə əlaqədar 80-cı illərin sonlarında Yaponiya və İspaniyada yaşayıb. Kerri-En 1999-cu ildən aktyor Stiven Royla evlidir. Cütlüyün birgə nikahdan 3 övladı var. Mos vegetariandır. Kino karyerasına gəlincə, İspaniyada olan zaman “Qara ədalət” dramatik serialına ikinci dərəcəli rola dəvət alır. Sonradan Barselonadan Los-Ancelesə köçür. “Model agentliyi” sabun operasında model qəhrəmanlardan birini oynayıb. Karyerasında dönüş nöqtəsi və ən yadda qalan rolu 1999-cu ilin ən çox baxılan filmlərindən olan “Matrisa” elmi-fantastik trillerində “Triniti” rolu olub. Qeyd edək ki, həmin kinonun böyük ekranlara çıxmasından sonra vətəni Kanadada eyni adlı “Matritsa” filminə çəkilib. Başqa yadda qalan filmləri Vel Kilmorla çəkildiyi “Qırmızı planet”, Conni Dep və Jülyet Binoşun çəkildiyi “Şokolad”, Kristofer Nolanın böyük uğur qazanan psixoloji trilleri “Unutma” bədii filmidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Carrie-Anne_Moss