Lana Vaçovski

Lana Vaçovski

Rejissor, prodüser, ssenarist

BİOQRAFİYA

Lana Vaçovski 1965-ci ildə Çikaqoda (ABŞ) anadan olub. Anası tibb bacısı, atası biznesmen olan Lana bacısı Lilli Vaçovski ilə birlikdə işləyir. Onlar dünyaya kişi kimi gəlsələr də, sonradan cinslərini dəyişərək qadın olublar. Məktəbdə oxuduqları vaxtlarda məktəb və teatr səhnələrində, televiziyada çıxış edirdilər. Məktəbi bitirdikdən sonra Endi (Lilli) Bostonda Emerson kollecinə, Larri (Lana) Nyu-Yorkda Barda kollecinə daxil olur. Vaçovskilər təhsillərini yarımçıq qoyub tikinti biznesi ilə məşğul olmağa başlayır və “Matrisa” ideyasının üzərində işləyirlər. Şou-biznesə qoşulmazdan əvvəl Çikaqoda dülgər kimi də işləyiblər, boş vaxtlarında isə komikslər yaradıblar. Yaradıcı duet “Əlaqə” filmi və “Matrisa” trilogiyasındakı işlərindən sonra şöhrət qazanıblar. Larri-Lana Vaçovskinin transgender olması ilə bağlı şayələr sarı mətbuatda 2000-ci illərin əvvəllərindən yayılmağa başlayıb. Habelə həmin vaxt Vaçovski bu vaxtı gizlədir və bu mövzuda hər hansı şərh vermirdi. Bununla belə artıq bir çox iri nəşrlər yaradıcı dueti “Endi və Lana Vaçovski” dueti kimi təqdim edirdilər. IMBD internet kino məlumat bazasında isə Larri Vaçovski səhifəsi Lana Vaçovskiyə dəyişdirilmişdi. Transgender olaraq Lana Vaçovski 2012-ci ildə kaminqaut edib. Hollivudun ilk açıq transgender rejissoru kimi tarixə düşüb. Endi 1991-ci ildən Alisa Blesinqeymlə evlidir. Larri isə 1993-2002-ci illərdə Tea Blumla nikahdan olub. 2002-ci ildə Lana Vaçovski Karin Uinslou ilə görüşməyə başlayıb. 2009-cu ildə münasibətlərini rəsmiləşdiriblər. Uzun sürən söz-söhbətlərdən sonra Lilli Vaçovski də ictimai şəkildə transgender olduğunu etiraf edərək, Endi adından imtina edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/The_Wachowskis


FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç