Deniel Kreyqli "No Time to Die"dan Yeni Treyler Yayımlandı!

18 Fevral, 2020

Keri Fukunaqanın (Cary Fukunaga) rejissoru olduğu, Deniel Kreyqin (Daniel Craig) yenidən James Bond’a həyat verdiyi No Time to Die’dan yeni tanıtım treyleri yayımlandı. Maraqla gözlənilən filmin, 3 apreldə premyerası olacaq.

Deniel Kreyqin (Daniel Craig) yenidən James Bond’a hayat verdiyi Bond seriyasının yeni filmi No Time to Die üçün həyəcanlı gözləmə davam edir. Fleabag"Yevanı Öldürmək"in (Killing Eve) yaradıcısı Fibi Meri Uoller-Bricin (Phoebe Waller-Bridge) ssenarisinə töhfə verdiyi filmi Sin Nombre, Ceyn Eyr (Jane Eyre) və True Detective kimi proyektlərlə tanınan Keri Fukunaqa (Cary Fukunaga) rejissorluq edir.



Deniel Kreyqli (Daniel Craig) No Time to Die, MI6’dəki vəzifəsindən ayrılıb Jamaika’da sakit bir həyat davam etdirən James Bond’un rahat yaşayışının pozulması ilə baş verən hadisələri mövzu götürür. Köhnə dostu olan CIA casusu Felix Leiter (Jeffrey Wright) qapısını döyüb kömək istəyəndə Bond, özünü yeni hadisələrin içində tapır. Qaçırılan bir alimi qurtarmağa çalışan Bond, olduqca təhlükəli yeni bir teknologiyaya sahib olan sirli bir cinayətkarla qarşı-qarşıya gəlir.


Maraqla gözlənilən No Time to Die, filminin 3 apreldə premyerası olacaq. Filmin aktyor heyətində Deniel Kreyqlə (Daniel Craig) bəraber Spectre‘da qarşımıza çıxan Lea Seydu (Léa Seydoux) və yenə eyni filmdə Blofeld’ə həyat verən Christoph Waltz yer alır. Bohemiya Rapsodiyası (Bohemian Rhapsody) “Oskar” qazanan Rami Malik (Rami Malek) isə No Time to Die’ın yeni mənfi xarakteri olaraq hekayəyə daxil olur. Bundan əlavə filmdə Lashana Lynch, Naomie Harris, Ben Uişou (Ben Whishaw), Rori Kinnir (Rory Kinnear), Ralf Fayns (Ralph Fiennes), Ana de Armas, Billi Maqnussen (Billy Magnussen) və Dali Benssalah kimi adlar da rol alır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər