Ralf Nataniel Tuislton Uaykhem-Fayns 22 dekabr 1962-ci ildə Suffolk qraflığında (Böyük Britaniya) fotoqraf Mark Fayns və yazıçı Cennifer Laşın ailəsində anadan olub. Ralf ailədəki altı uşaqdan ən böyüyü idi. Ondan başqa bacıları Marta və Sofi, qardaşı Cozef də öz karyerasını kinoya bağlayıb. Fayns ailəsinin kökü orta əsrlərədək uzanır və ata xətti üzrə aktyorun 20 nəsil əcdadının adları məlumdur. Ralf Fayns Çelsi Teatr Sənəti Kollecində və Kral Dram Sənəti Akademiyasında təhsil alıb. Fayns və gələcək həyat yoldaşı A.Kinqston akademiyada tanış olublar. Ancaq Ralfla aktrisa Françeska Ennis arasındakı uzunmüddətli münasibətlər nəticədə onların ayrılmasına səbəb olmuşdu. Ötən əsrin 60-cı illərində Cimi Hendrikslə yaxın münasibətlərdə olduğu bilinən Françeska Ennis (1945-ci il) aktyordan düz 17 yaş böyük idi. Azərbaycan tamaşaçısı Ralf Faynsı Stiven Spilberqin "Şindlerin siyahısı" filmindən tanıyır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Ralf_Fayns