Deniel Kreyq 2 mart 1968-ci ildə İngiltərənin Çester şəhərində dünyaya gəlib. 16 yaşında Milli Gənc Teatrına qəbul olmaq istəyən Deniel Londona üz tutur. Onun aktyorluq karyerası isə 1992-ci ildə, Britaniya televiziyasında kiçik bir filmlə başlayır və bu film onun tanınmasında az rol oynamır. Beynəlxalq miqyaslı publika “Lara Kroft: Sərdabələr qarətçisi” (2001) filmində Ancelina Colinin rəqibi olan Ceyms Bond rolunun gələcək ifaçısı ilə tanış olur. Kreyq sonralar yetərincə məşhur filmlərə çəkilir. Aktyora ümumdünya şöhrəti gətirən obraz isə “Royal Kazino” filmindəki 007 nömrəli agent Ceyms Bond rolu oldu. Uzun sürən kastinqdən sonra prodüserlər bu rola məhz Deniel Kreyqi seçirlər. Bu qərar media və serial superagentinin pərəstişkarları tərəfindən birmənalı qarşılanmır. Ceyms Bond rolu ilə uyğunlaşmayan açıq rəngli saçlarını, mavi gözlərini, boyunun 185 sm-dən az olmasını, gözəçarpan bədən quruluşunun olmadığını əsas gətirib Kreyqin namizədliyinin əleyhinə səs verənlər çox olur. Bütün bunlara baxmayaraq, 2006-cı il noyabrın 17-də onun iştirakı ilə çəkilmiş “Royal Kazino” filminin premyerası baş tutur. Aktyor, həmçinin, 2008-ci ildə ekranlara çıxmış növbəti “Mərhəmət kvantı” filminə çəkilir. Deniel Kreyq peşəkar reqbi oyunçusudur və İtaliyanın "Yuventus" futbol klubunun tərəfdarıdır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Deniel_Kreyq