Fibi Uoller-Bric

Fibi Uoller-Bric

Aktrisa, prodüser, ssenarist

BİOQRAFİYA

Fibi Meri Uoller-Bric – britaniyalı aktrisa, ssenarist, prodüser və rejissordur. Üçqat “Emmi” mükafatı laureatıdır. 14 iyul 1985-ci ildə Londonun Qərbində Maykl Uoller-Bric və Tereza Uoller-Bricin ailəsində dünyaya göz açıb. Fibinin musiqi meneceri işləyən Casper Uoller-Bric adlı qardaşı və televiziya bəstəkarı olan İzobel Uoller-Bric adlı bacısı var. 2018-ci ildə “Yevanı öldürmək” serialına yazdığı ssenariyə görə “Emmi” mükafatı qazanıb. O eyni zamanda populyar serialın yaradıcılarından sayılır. 2019-cu ilin aprel ayında, onun “Bond 25” filminin ssenari müəlliflərindən biri olacağı elan olunub. 2019-cu ildə onun “komediya serialında ən yaxşı qadın rolu” və “komediya serialında ən yaxşı ssenari” nominasiyalarında “Emmi” mükafatına namizəd olduğu məlum olub. Mükafatlandırm mərasimində hər iki nominasiyada qalib gələrək, üçqat “Emmi” laureatı olub. Fibi Britaniya Kral Dram İncəsənət Akademiyasının məzunudur. 2014-2018-ci illərdə rejissor-dokumentalist Konor Vudmanla evli olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%BE%D0%BB%D0%BB%D0%B5%D1%80-%D0%91%D1%80%D0%B8%D0%B4%D0%B6,_%D0%A4%D0%B8%D0%B1%D0%B8

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç