Billi Maqnussen

Billi Maqnussen

Aktyor

BİOQRAFİYA

Billi Maqnussen 20 aprel 1985-ci ildə Lonq-Aylenddə (ABŞ) doğulub. Onun atası peşəkar kulturist, kikboksçu, anası isə aerobika təlimçisidir. Ana tərəfindən nənə və babası Litva mühacirləri idi. Billinin 10 yaşı olanda ailəsi Corciya ştatına köçür. 2003-cü ildə Maqnussen orta məktəbi bitirir. Daha sonra Şimali Karolina İncəsənət Məktəbini bitirir. 2007-ci ildə Brodveydə Terrens MakNallinin "Rits" tamaşasında aktyor kimi debütünü edir. 2012-ci ildə "Vanya, Sonya, Maşa, Spayk" pyesində Spayk obrazını canlandırır. Elə bu rola görə də "Ən yaxşı aktyor" kimi "Toni" mükafatına layiq görülüb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Billy_Magnussen

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç