Kolin Farrell "The Batman"də Penguin’ə Həyat Verəcək!

10 Yanvar, 2020


Robert Pattinson’un baş rolunu üstləndiyi The Batman’in rejissoru Mett Rivz (Matt Reves), Twitter hesabından etdiyi paylaşımla filmdə Penguin’ə Kolin Farrellin (Colin Farrell) həyat verəcəyini doğruladı.

İstər Mett Rivz (Matt Reves) imzası daşıması lazım olsa da bir araya gətirdiyi diqqət çəkici aktyor heyəti ilə hazırlıq mərhələsində ən həyəcan verici filmlərdən biri olan The Batman’in çəkilişlərinə ötən günlərdə başlanıldı. Bruce Wayne’ə Robert Pattinson‘un həyat verdiyi filmin çəkilişlərinə başlanması ilə birlikdə filmin setindən ilk görüntülər də ortaya çıxmağa başladı. Bu görüntülərdən birində Penguin’ə bənzəyən bir adamın yer alması, bunun xarakterə həyat verəcəyi danışılan Kolin Farrelli (Colin Farrell) xarakterə bürünmüş formada ilk dəfə gördüyümüz görsəl olduğu iddialarını özü ilə gətirdi. Qısa müddət paylaşılan daha aydın bir görüntü sözü gedən xarakterin Penguin olmadığını ortaya çıxardı. Ancaq bu görüntülərin sızdırılmasının ardından Mett Rivzin (Matt Reves) Twitter hesabında etdiyi paylaşım, Penguin’ə Kolin Farrellin (Colin Farrell) həyat verəcəyini dəqiqləşdirmiş oldu. Rivz, Twitterda etdiyi paylaşımda Farrell’ə aid bir görüntüyü “Bir saniyə… bu sənsən Oz?” sualı ilə paylaşdı. Buradakı “Oz” əlbətdə Penguin’in gerçək adı olan Oswald Cobblepot’a bir işarə idi.

Колин Фаррелл официально сыграет Пингвина

Robert Pattinson’un baş rolunu üstlənəcəyi The Batman, 25 iyun 2021-ci ildə premyerası olacaq. Batman’ə Robert Pattinson‘un həyat verəcəyi film, diqqət çəkici bir aktyor heyətini bir araya gətirir. Filmdə Catwoman’ı Zoi Kravits (Zoë Kravitz), Batman komikslərinin ən önəmli mənfi xarakterləri arasında yer alan The Riddler’ı Pol Dano (Paul Dano), Komiser Gordon’ı Ceffri Rayt (Jeffrey Wright), Alfred’i Endi Serkis (Andy Serkis), Carmine Falcone’u isə John Turturro canlandıracaq. Bundan əlavə filmdə rol alacağı dəqiqləşən Piter Sarsqaardın (Peter Sarsgaard) Two-Face olaraq da bilinən Harvey Dent’ə həyat verəcəyi danışılır. Digər yandan Juliard’dan yeni məzun olan gənc aktyor Jayme Lawson‘ın da filmdə rol alan bir digər ad olacaq. Filmdə vacib bir rol üstlənməsi gözlənilən Lawson’ın hansı xarakterə həyat verəcəyi açıqlanmamış olsa da, gənc aktyorun Batgirl olaraq tanınan Barbara Qordonu (Barbara Gordon) canlandıracağı təxmin edilir.

Картинки по запросу the batman robert pattinson

Mett Rivzin (Matt Reves) ifadəsilə “noir bir Batman hekayəsini danışacaq” və sevilən qəhrəmanın detektiv tərəfi hədəf götürüləcək The Batman’də The Riddler, Penguin, Catwoman, Harvey Dent kimi Batman komikslərində önəmli yerə sahib olan bir çox xarakter yer alacaq. Bu xarakterlər üçün önəmli aktyorlarla razılaşılması Mett Rivzin (Matt Reves) indidən davam filmləri üçün təməllər atdığını düşündürür. Rivzin The Batman ilə yeni bir üçləmə başlatmaq istədiyi yönündəki şayiələr də bu ehtimali gücləndirir. Çox qatlı, yaşayan bir Gotham yaratmaq istəyən Mett Rivzin (Matt Reves), PenguinHarvey Dent kimi önəmli xarakterləri bu filmdə izləyicilərə tanıdıb, davam filmlərində daha dərin araşdırılması gözlənilir. Digər yandan ötən günlərdə ortaya çıxan məlumatlar, DC Films’in bu xarakterlər üçün spin-off filmləri də çəkilə biləcəyini göstərir. Ortaya çıxan hər yeni adla bizi biraz daha həyəcanlandırmağı bacaran The Batman filminin 25 iyun 2021-ci ildə premyerası olacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər