James Bond’a yenidən Deniel Kreyqin (Daniel Craig) həyat verdiyi “No Time to Die”dan yeni kadrlar yayımlandı. Keri Fukunaqanın (Cary Fukunaga) rejissoru olduğu filmin, 3 aprel 2020-ci ildə premyerası olacaq.
2006-cı il istehsalı Casino Royale’dən bəri James Bond‘a həyat verən Deniel Kreyqin (Daniel Craig) bu ikonik xarakteri son dəfə canlandıracağı “No Time to Die” üçün gözlənti davam edərkən, filmdən yeni kadrlar ortaya çıxmağa davam edir. Bu dəfə də filmi bu ayki sayının üz qabığına gətirən Empire filmdən yeni kadrlar paylaşdı.
Sin Nombre, Ceyn Eyr (Jane Eyre) və True Detective kimi proyektlərlə tanınan Keri Fukunaqanın (Cary Fukunaga) rejissoru olduğu filmdə, MI6’dakı vəzifəsindən ayrılıb Jamaika’da səssiz-sədasız bir həyat keçirən James Bond’un sakit yaşamı çox da uzun çəkməyəcək. Köhnə dostu olan CIA agenti Felix Leiter (Jeffrey Wright) qapısını döyüb kömək istəyincə Bond yenidən təhlükənin içinə atılacaq. Qaçırılan bir elm adamını qurtarmağa çalışan Bond, olduqca təhlükəli yeni bir texnologiyaya sahib olan sirli bir cinayətkarla qarşı-qarşıya gələcək.
Fibi Uoller-Bricin (Phoebe Waller-Bridge) də ssenarisinə töhfə verdiyi filmdə Spectre‘da yeni “Bond kızı” olaraq qarşımıza çıxan Lea Seydu (Léa Seydoux) və yenə eyni filmdə Blofeld’ə həyat verən Kristof Valtsın (Christoph Waltz) da yer alması, digər filmdə yaşananların da hekayədə önəmli bir rol oynayacağını göstərir. Filmdən ötən günlərdə yayımlanan ilk treyler, Blofeld’in Bond’un yeni bir cinayətkarı yaxalamaq üçün kömək istəyəcəyi, bir növ Hannibal Lecter modeli olaraq qarşımıza çıxacağını düşündürür. Filmdə James Bond ilə qarşı-qarşıya gələcək bu yeni pis xarakteri isə keçən il Bohemiya Rapsodiyası (Bohemian Rhapsody) ilə “Oskar” qazanan Rami Malik (Rami Malek) canlandırır.
Deniel Kreyqli (Daniel Craig) No Time to Die, 3 aprel 2020-ci ildə premyerası olacaq. Digər yandan Captain Marvel ilə diqqət çəkən Lashana Lynch tərəfindən canlandırılan Nomi’nin filmdə yeni 007 olaraq izləyicilərin qarşısına çıxa biləcəyi danışılır. Nomi’nin yayımlanan bu yeni kadrlarda demək olar ki Bond qədər ön planda olması bu iddiaların əsilsiz olmaya biləcəyini göstərir. No Time to Die’ın aktyor heyətində Naomi Harris (Naomie Harris), Ben Uişou (Ben Whishaw), Rori Kinner (Rory Kinnear), Ralf Fayns (Ralph Fiennes), Ana de Armas, Billi Maqnussen (Billy Magnussen) və Dali Benssalah kimi adlar da yer alır.