Kristofer Nolanın Yeni Filmi "Tenet"dən İlk Kadrlar Yayımlandı!

21 Dekabr, 2019

Kristofer Nolanın (Christopher Nolan) Con Devid Vaşinqton (John David Washington) və Robert Pattinsonlu yeni filmi Tenet’dən ilk kadrlar yayımlandı. Həyəcanla gözlənilən filmin, 17 iyul 2020-ci ildə premyerası olacaq.

Memento, The Dark Knight, Inception kimi filmləri film dünyasına qazandıran və öz dövrünün ən yaxşı rejissorları arasında göstərilən Kristofer Nolan (Christopher Nolan), gələn il Tenet adını daşıyan yeni filmi ilə filmsevərlərin qarşısına çıxacaq. Nolan imzası daşımasıyla daha eşidildiyi ilk anda hazırlıq mərhələsindəki ən həyəcanverici proyektlər arasında yerini alan “Tenet” üçün maraqlı gözlənti davam edərkən, filmdən ilk kadrlar yayımlandı.



"Qara Ku-Kluks-Klan Üzvü"ndəki (BlacKkKlansman) performansıyla adından təriflə söz etdirən Con Devid Vaşinqton (John David Washington) ilə uğurlu aktyor Robert Pattinsonun baş rollarını üstləndiyi film haqqında bilinənlərr olduqca azdır. Ancaq Nolanın 70mm və IMAX kameralar istifadə edərək çəkdiyi Tenet’in beynəlxalq bir casusluq hekayəsinə hədəflənən epik bir kəskin janrlı filmi olacağı deyilir. Digər yandan qısa müddət əvvəl sızdırılan tanıtım treyleri bu hekayədə zamana səyahət da rol oynaya biləcəyini göstərir. Kristofer Nolan imzalı Tenet filminin, 17 iyul 2020-ci ildə premyerası olacaq.

Filmin aktyor heyətində Con Devid Vaşinqton (John David Washington) və Robert Pattinsonla yanaşı Elizabet Debiki (Elizabeth Debicki), Aaron Teylor-Conson (Aaron Taylor-Johnson), Kennet Brana (Kenneth Branagh), Michael Caine Clémence Poésy, Dimple Kapadia kimi adlar iştirak edir.



Yeni filmi üçün 14 il sonra fərqli bir quruluşçu ilə işləyəcək Nolan, eyni zamanda filmin bəstələrini də son illərdə işlədiyi Hans Zimmer yerine Lüdviq Yoranssona (Ludwig Göransson) əmanət edir. Lüdviq Yoransson, son dövrdə "Krid" (Creed), "Krid 2" (Creed II) və "Qara Bəbir" (Black Panther) kimi filmlərin musiqilərinə imza atmasıyla tanınır. Kristofer Nolan ın necə bir iş ortaya qoyduğunu görmək üçün həyəcanla gözlədiyimiz Tenet filminin 17 iyul 2020-ci ildə premyerası planlaşdırılır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər