Dimpl Kapadia
Aktrisa
Dimpl Kapadiya 8 iyun 1957-ci ildə Hindistanda anadan olub. Tam adı Dimpl Cunnibhay Kapadiyadır. Ən yaxşı qadın rolu və tənqidçilərin seçimi kateqoriyalarında "Filmfare Award" mükafatı laureatı olub. Təminatlı ailədə dünyaya gəlib. Atası Çunibhay Kapadiya biznesmen, anası Betti evdar xanım olub. Karyerasına gənc yaşlarında qədəm qoyub. 1973-cü ildə 16 yaşı olanda Rac Kapur onu “Bobbi” filminə baş rola dəvət edib. Film həm ölkə daxili, həm də ölkə xaricində, o cümlədən Sovet məkanında böyük kassa uğuruna imza atır və hindistan kinematoqrafiyasının kult filminə çevrilir. Filmi kinoteatrlarda 62.6 milyona yaxın insan izləyib. Həmin rol "Dimpla Filmfare Award" mükafatını qazandırıb. Lent Dimplı ulduza çevirsə də, o kinematoqrafiyanı buraxaraq, hindistanlı kinoaktyor Radheş Xannaya ərə gedib. Birgə nikahdan Tvinkl Xanna və Rinke Xanna adlı qızları dünyaya gəlib. Onlar da sonradan aktrisa olub. 1984-cü ildə əri ilə boşandıqdan sonra Dimpl kinoya qayıdıb. 1985-ci ildə yenidən Rişi Kapurla “Sevgi dəryası” filminə çəkilib. Həmin filmdəki çıxışına görə növbəti dəfə "Filmfare" laureatı olub. 2005-ci ildə bir daha Rişi Kapurla “Sevgi virajında” filmində görüntülənib. Son illər qoca ana və nənə rollarına çəkilir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Dimple_Kapadia