Aaron Teylor-Conson
Aktyor
Aaron Teylor-Conson 13 iyun 1990-cı ildə Böyük Britaniyada dünyaya gəlib. O, “Angus, Thongs and Perfect Snogging” (Robbi), “İllüziyaçı” (gənc Ayzenhnaym), “Con Lennon: Başlanğıc” (Con Lennon), “Kick ass” (Deyv Lizevski), “Çat” (Uliyam), “Xüsusi təhlükəli” (Ben), “Anna Karenina” (Vronski), “Qodzilla” (Ford Broudi), “Altron erasının qisasçıları” (Rtut) kimi filmlərdə rol alıb. Aaron aktyor karyerasına altı yaşında ikən başlayıb. İlk rolunu “Fəlakət” (1996) filmində oynayıb, daha sonra “Armadillo” filmində və “Qanun” seriallarında kiçik rollar canlandırıb. İlk baş rolu isə “Tom və Tomas” filmində canlandırdığı əkiz qardaşlar olub. “28 gün sonra” filmində baş rolda olmasa da, canlandırdığı Şanxay cəngavəri rolu ona uğur gətirir və ardınca bir neçə filmə çəkilir. Ona uğur gətirən digər rolu isə “Angus, Thongs and Perfect Snogging” filmindəki Robbi roludur. Aktyor “Con Lennon: Başlanğıc" filmində oynadığı baş roldan sonra daha da məşhurlaşıb. Bu rola görə İngiltərədə "İlin ən yaxşı gənc ifaçısı” (2010) kateqoriyası üzrə mükafata namizəd göstərilib. 2011-ci ildə isə "Ən yaxşı debüt filmi" kateqoriyası üzrə mükafata layiq görülüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Aaron_Taylor-Johnson