Hans Zimmer

Hans Zimmer

Bəstəkar

BİOQRAFİYA

Hans Florian Zimmer 12 sentyabr 1957-ci ildə Frankfurt-Maynda (Almaniya) anadan olub. “Oskar”, ikiqat "Qızıl Qlobus", üçqat “Qremmi” mükafatı laureatıdır. Gənc yaşlarında "Hurtwood House" məktəbində oxumaq üçün Böyük Britaniyaya köçüb. 80-ci illərdə kinobəstəkarı Stenli Mayerslə çalışmağa başlayıb. “Yağış adamı”, “Kral Şir”, “Spirit”, “Qaya”, “Bundan yaxşı ola bilməz”, “Qladiator”, “Mələklər və İblislər”, “Perl Harbor”, “Başlanğıc”, “İnterstellar”, “Çappi adlı robot”, "Karib dənizinin quldurları”, “Qara cəngavər”, “Şerlok Holms” kimi məşhur filmlərə musiqilər bəstələyib. 1995-ci ildə “Kral Şir” cizgi filminə yazdığı mahnıya görə "Oskar" mükafatına layiq görülüb. Zimmer 1999-cu ildə Berlin Kino Festivalı ərəfəsində mətbuat konfransında yəhudi olduğunu demişdi. Həyat yoldaşı Suzanna və dörd övladı ilə birlikdə Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Hans_Zimmer

 

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç