Con Devid Vaşinqton

Con Devid Vaşinqton

Aktyor, prodüser

BİOQRAFİYA

Con Devid Vaşinqton 28 iyul 1984-cü ildə Los-Anceles şəhərinin Toluk-Leyk rayonunda (ABŞ) anadan olub. Atası tanınmış aktyor, rejissor və prodüser Denzel Vaşinqton, anası az tanınan aktrisa və pianoçu Poletta Vaşinqtondur. Bundan başqa, Katya Vaşinqton adlı kiçik bacısı, Malkolm və Oliviya adlı əkiz bacı-qardaşı var. Con Devid “Kempbell Holl” məktəbində oxuyub. 2002-ci ildə orta təhsilini başa vurub. Hələ məktəb illərindən amerikan futbolu, basketbolla məşğul olub. Ancaq üstünlüyü amerikan futboluna verib. Morhaus kollecinin yığmasının üzvü olub və kollec liqasında çıxış edib. Con Devid onun tam adıdır, bir çox amerikalılarda olduğu kimi, onun ikinci adı (middle name-red.) yoxdur. Ona görə kimsə onu sadəcə Con adlandıranda əsəbləşir. Con Devid böyük ekranlarda debütünü səkkiz yaşında olanda gerçəkləşdirib. Atası ilə birlikdə “Malkolm İks” filminə çəkilib. 2010-cu ildə ilk dəfə olaraq “Elayın kitabı” adı post-appokaliptik trillerə prodüserlik edib. Adı çəkilən filmdə də atası baş rolu oynayıb. 2019-cu ildə onun çəkildiyi “Qara klan üzvü” adlı tragikomediya “Oskar” mükafatına namizəd olub, "Ən yaxşı adaptasiya olunmuş ssenari" nominasiyasında qalib gəlib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/John_David_Washington

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç