Tom Kruzlu "Top Gun: Maverick"dən Yeni Treyler Yayımlandı!

18 Dekabr, 2019


1986-cı il proyekti Top Gun’ın illər sonra gələn davam filmi Top Gun: Maverick’dən yeni treyler yayımlandı. Tom Kruzun (Tom Cruise) Maverick rolu ilə geri qayıtdığı film, 26 iyun 2020-ci ildə premyerası olacaq.

Bildiyimiz kimi film tarixinin kult filmlərində Top Gun’ın davam filminin çəkilməsi ilk dəfə 2010-cu ildə gündəmə gəlmiş, ancaq 2012-ci ildə ilk filmin rejissoru Toni Skottun (Tony Scott) həyatını itirməsinin ardından proyekt rəfə qaldırılmışdı. 2017-ci ildə Tom Kruzun (Tom Cruise), Top Gun 2’nin çəkiləcəyini açıqlamasıyla proyekt yeniləndi.

Похожее изображение

Adı Top Gun: Maverick olaraq müəyyən edilən davam filminin rejissorluğunu Tron: Legacy, Only the Brave kimi filmlərlə tanınan və daha əvvəl "Unutqanlıqda" (Oblivion) Tom Kruzla (Tom Cruise) çalışan Cozef Kosinski (Joseph Kosinski) üstlənir. Ssenarisini American Hustle ilə “Oskar” namizədliyi əldə etmiş Erik Uorren Singer (Eric Warren Singer) ilə birlikdə Piter Kreyq (Peter Craig) və Justin Marks‘ın qələmə aldığı filmə ssenaridəki bəzi hissələri düzəltmək məqsədi ilə Tom Kruzun (Tom Cruise) son vaxtlardakı iş yoldaşı Kristofer MakKuorri (Christopher McQuarrie) də daxil oldu. Top Gun: Maverick filminin 26 iyun 2020-ci ildə premyerası olacaq.



Tom Kruzun (Tom Cruise) Maverick rolu ilə geri qayıdacağı Top Gun: Maverick, Top Gun tədrisi pilotu olmuş Pete ‘Maverick’ Mitchell’la Goose’un oğlu Wrigley arasındaki münasibəti mövzu götürür. Goose’un oğlu Wrigley’e Mayls Tellerin (Miles Teller) həyat verdiyi filmdə, cütlük dəniz donanmasının yaxınlığında bir bar işlədən tək ananın rolunu oynayan Cennifer Konneli (Jennifer Connelly) ilə müşayiət olunur, Iceman xarakteri ilə ilk filmdə görünən Vel Kilmer (Val Kilmer) də serialda görünür.

Bundan əlavə, filmin heyətinə Vel Kilmer (Val Kilmer), Con Hemm (Jon Hamm), Ed Harris, Glen Powell, Lewis Pullman, Monica BarbaroManny Jacinto da daxildir. Top Gun: Maverick'in musiqisini Harold FaltermeyerHans Zimmer bəstələyir. Top Gun: Maverick, 26 iyun 2020 tarixində çıxacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər