Vel Kilmer

Vel Kilmer

Aktyor

BİOQRAFİYA

Vel Edvards Kilmer 31 dekabr 1959-cu ildə Kaliforniyada anadan olub. Üçuşaqlı ailənin ikinci uşağıdır. Anası aerokosmik avadanlığın təchizatçısı, atası özəl tikinti şirkətinin podratçısı olub. Damarlarından isveç, alman, şotland və irland qanı axır. Qardaşları ilə birlikdə San-Fernando vadisində böyüyüb. "Çatsvort" adlı orta məktəbi, həmçinin Hollivud peşə məktəbində oxuyub. 17 yaşında olanda Culyard Dram İncəsənət məktəbinin tələbəsi olub. Qardaşı Uesli yeniyetmə yaşlarında hovuzda epileptik tutma zamanı dünyasını dəyişib. Vel Kilmer daha çox “Kabus və Kölgə”, “Ölümcü öpüş” (Kiss kiss, bang bang, 2005), “Qapılar” (The Doors, 1991), “Müqəddəs” (Saint, 1997), “Solton dənizi” (The Salton Seas, 2002) filmlərində oynadığı rollara görə tanınır. 2000-ci illərdə Kilmer başlıca olaraq elmi fantastik və döyüş janrında olan filmlərə çəkilib. Onların arasında “Qırmızı planet”, “Pollok”, “Solton Dənizi”, “Aleksandr”, “Şüur ovçuları”, “Deja vü”, “Moskva-zero”, “Yolların cəngavəri”, Cinayətkar,” və digər filmlər yer alır. 2006-cı ildə “On hökm” müziklında iştirak edib. 2010-cu ildə “Super MakQruber” komediyasında oynayıb. 2011-ci ildə “Avqustun 5 günü” filminin çəkilişlərində iştirak edib. Aktyor 2015-ci ildən qırtlaq xərçəngi ilə mübarizə aparır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B8%D0%BB%D.   

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç