Toni Skott
Rejissor, prodüser
Entoni Devid (Toni) Skott 21 iyun 1944-cü ildə Nort-Şilds şəhərində (İngiltərə) anadan olub. O, Eni Raysın “Vampirlə müsahibə” romanı əsasında film çəkmək istəsə də, "Metro-Goldwyn-Mayer" şirkəti ilə danışıqları alınmır. "MGM" şirkətinin vampirlərə aid “Aclıq” adlı film layihəsi artıq var idi. Toninin işlədiyi ilk böyük film məhz bu film olur. Film 1982-ci ildə ekranlara çıxır. 1985-ci ildə prodüserlər Don Simpson və Cerri Brukhaymer Tonini “Ən yaxşı atıcı” filmində işləməyə dəvət edirlər. Onlar ”Aclıq” filminin heyranı idilər və Toni Skottun İsveçin "Saab" avtomobil konserni üçün çəkdiyi reklam çarxını bəyənmişdilər. Baş rolunu Tom Kruzun canlandırdığı “Ən yaxşı atıcı” filminin uğurundan sonra Toni döyüş filmlərində işləməyə daha çox üstünlük verir. 1998-ci ildə çəkilən “Dövlət düşməni” filmi də ona uğur gətirir. 19 avqust 2012-ci ildə 68 yaşlı Toni Skott Los-Ancelesdəki Vinsent Tomas körpüsündən özünü ataraq intihar edir. Bu intiharın səbəbi hələ də məlum deyil. Toni Skott məşhur rejissor və prodüser Ridli Skottun kiçik qardaşı idi.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Tony_Scott