Cennifer Konnelli

Cennifer Konnelli

Aktrisa

BİOQRAFİYA

Cennifer Konnelli 12 dekabr 1970-ci ildə Keyro şəhərciyində (ABŞ) doğulub. Atası Cerard Konnelli dərzi olub və irland, norveç əsilli katolik idi. Anası Eylin isə rus-polyak əsilli yəhudi idi. Uşaqlığından bəri filmlərə çəkilsə də, 1998-ci ildən başlayaraq “Qaranlıq şəhər”, “Requiem for a Dream”, “İdrak oyunları” filmlərinə çəkildikdən sonra məşhurlaşıb. Sonuncu filmə görə "Ən yaxşı ikinci plan qadın rolu" kateqoriyası üzrə “Oskar” mükafatına layiq görülüb. Həmçinin “Halk”, “Dumandan və qumdan ev”, “Qanlı almaz”, “Balaca uşaqlar kimi”, “Yerin dayandığı gün”, “He's Just Not That into You” filmlərindəki rolları ilə də məşhurdur. Uğurlu kino karyerasına baxmayaraq, Cennifer Konnelli daha çox vaxtını ailəsi ilə keçirməyə üstünlük verir. İlk oğlu Kay 1997-ci ildə dünyaya gəlib. Atası fotoqraf Devid Daqandır. Hamiləlik dövründə Konnelli sağlam uşaq dünyaya gətirmək üçün vegeterianlıqla vidalaşıb. “İdrak oyunları” filminin çəkilişlərində gələcək həyat yoldaşı Pol Bettani ilə tanış olub. 2003-cü ildə onların Stellan Bettani adlı oğlu dünyaya gəlib. Uşağın xaç atası Çarli Kondou olub. 2011-ci ildə isə Cenniferin Aqnes Lark adlı qızı doğulub. Aktrisalıqla yanaşı filantropdur. Mütəmadi olaraq xeyriyyə tədbirlərində iştirak edir. 2005-ci illərdə Beynəlxalq Amnistiya insan haqları təşkilatının səfiri təyin olunub. İngilis dilindən savayı, fransız və italyan dillərində sərbəst danışa bilir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jennifer_Connelly

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç