Tom Kruz
Aktyor, prodüser
Tom Kruz 3 iyul 1962-ci ildə Nyu-York ştatında (ABŞ) anadan olub. Üç dəfə "Oskar", üç dəfə də "Qızıl Qlobus" mükafatlarına layiq görülüb. Tom ailədə üçüncü uşaqdır, onun üç bacısı var. Anası aktrisa, atası isə mühəndis olub. Tomun 12 yaşı olanda valideynləri ayrılır. Onun 14 yaşı olanda Kanada və ABŞ-da 15 məktəb dəyişmişdi. Kruz aktyor kimi karyerasına 1981-ci ildə "Sonsuz sevgi" filmi ilə başlayıb. Daha sonra 1983-cü ildə "Riskli biznes" filmi ilə uğur qazanıb. Mimi Rocerslə birinci evliliyi bitdikdən sonra Tom, Nikol Kidmanla 9 il 11 ay davam edən nikaha girir. Nikol Kidmandan sonra Penelopa Kruzla yaşayır və bu münasibətlər 2004-cü ildə sona çatır. Daha sonra 2006-cı ildə İtaliyada Keti Holmsla evlənir. Kruzun bu evliliyi də əbədi olmur, 2012-ci ildə Ketidən də ayrılır. Kinoda daha çox “Ən yaxşı atıcı” (1986), “Sonuncu samuray” (2003), “Xüsusi rəy” (2002), “Qeyri-mümkün tapşırıq” (franşizanın bütün hissələri), “Gələcəyin həddi” (2014), “Unutqanlıq” (2011), “Cek Riçer” (hər iki hissə), “Geniş bağlı gözlərlə” (1999) filmlərində oynadığı baş rollarla yadda qalıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: