James Bond’a yenidən Deniel Kreyqin (Daniel Craig) həyat verdiyi No Time to Die’dan ilk tanıtım treyleri yayımlandı. Keri Fukunaqanın (Cary Fukunaga) rejissoru olduğu film, 3 aprel 2020-ci ildə premyerası olacaq.
2006-cı il istehsalı Casino Royale’dən bəri James Bond‘a həyat verən Deniel Kreyqin (Daniel Craig) yenidən sevilən xarakteri canlandırdığı No Time to Die üçün tanıtım işlərinə başlayan Universal və United Artists Releasing, həyəcanla gözlədiyimiz filmdən ilk tanıtım treyleri yayımladı. 14 saniyəlik bu qısa tanıtım treyleri filmdən yeni kadrlar görməmizi təmin edərkən, asəs treylerin çərşənbə günü gələcəyini xəbər verir.
Sin Nombre, Cen Eyr (Jane Eyre) və True Detective kimi proyektlərlə tanınan Keri Fukunaqanın (Cary Fukunaga) rejissoru olduğu filmin aktyor heyətində Deniel Kreyqlə (Daniel Craig) yanaşı Lea Seydu (Léa Seydoux), Rami Malik (Rami Malek), Naomi Harris (Naomie Harris), Ben Whishaw, Kristof Valts (Christoph Waltz), Rori Kinner (Rory Kinnear), Ralf Fayns (Ralph Fiennes), Ana de Armas, Lashana Lynch, Billi Maqnussen (Billy Magnussen) və Dali Benssalah kimi adlar iştirak edir. Deniel Kreyqli (Daniel Craig) No Time to Die, 3 aprel 2020-ci ildə premyerası olacaq.
Fibi Uoller-Bricin (Phoebe Waller-Bridge) də ssenarisinə töhfə verdiyi filmin mövzusu haqqında bilinənlər olduqca az olsa da, aktyor heyətində Spectre‘da yeni “Bond kızı” olaraq qarşımıza çıxan Lea Seydu (Léa Seydoux) və yenə eyni filmdə Blofeld’ə həyat verən Kristof Valtsın (Christoph Waltz) da yer alması, No Time to Die’ın bir öncəki James Bond filmiylə bağlantılı bir hekayə danışacağını göstərir.
Bond filmlərinin ən önəmli mənfi xarakterləri arasında yer alan Blofeld filmdə yer alacaq olsa da No Time to Die’ın asəs mənfi xarakterinin Blofeld deyil, Rami Malik (Rami Malek) tərəfindən canlandırılan yeni xarakter olacağı bilinir. Digər yandan Captain Marvel ilə diqqət çəkən Lashana Lynch tərəfindən canlandırılan Nomi’nin filmdə yeni 007 olaraq izləyicilərin qarşısına çıxa biləcəyi danışılır. Deniel Kreyqin (Daniel Craig) qısa müddət əvvəl verdiyi bir reportajda bu filmlə birlikdə James Bond roluna vida edəcəyi yönündəki açıqlamaları yönəlməsi, Lynch’in seriyanın yeni üzü olma ehtimalini qüvvətləndirir. Bu ana qədər paylaşılan məlumatlara baxılarsa Bond seriyası üçün bir dönüm nöqtəsi olacaq No Time to Die, 3 aprel 2020-ci ildə premyerası olacaq.